ÇPA yayılan xəbərləri təkzib etdi  ”“ YENİLƏNİB

ÇPA yayılan xəbərləri təkzib etdi ”“ YENİLƏNİB

Hazırda oxunan: ÇPA yayılan xəbərləri təkzib etdi ”“ YENİLƏNİB

98163
Daxili İşlər Nazirliyi Çevik Polis Alayı komandirinin müavin, polis polkovniki Rəcəb Rəcəbov 140 nəfər ÇPA əməkdaşının işdən azad ediləcəyi barədə yayılan xəbəri şərh edib.

Moderator.az-a danışan polis polkovniki bildirib ki, yayılan məlumat həqiqətə uyğun deyil.

“Bu günədək heç bir polis əməkdaşı boy standartlarına uyğun olmamasına Çevik Polis Alayının sıralarından xaric edilməyib”x9d, - deyə, polis polkovniki bildirib.

***

Daxili İşlər Nazirliyi Çevik Polis Alayında kütləvi ixtisarlara başlayıb.

Moderatpr.az xəbər verir ki, “Qafqazinfo”x9dya daxil olan məlumata görə, ÇPA-dan 140 nəfərin işdən azad olunacağına dair əməkdaşlara xəbərdarlıq edilib.

Qərar onların fiziki göstəricilərinin DİN orqanları əməkdaşlarına uyğun olmaması ilə əsaslandırılıb.

Alay Komandirinin Şəxsi Heyət üzrə müavini, polis polkovniki Rəcəb Rəcəbov ÇPA əməkdaşlarına 4 gün möhlət verib.

Məlumatda qeyd olunur ki, ixtisarlara səbəb polis əməkdaşlarının boylarının standartlara uyğun olmaması göstərilir.

Bundan başqa bir neçə il öncə pensiya yaşına çatan və hər hansı səbəbdən xidmətdə vəzifəsinə davam edən bir çox polis əməkdaşı da təqaüdə göndərilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO