Mllət vəkili Fazil Mustafa Moderator.az-a açıqlamasında xalq artisti Habil Əliyevin müayinəsi üçün Türkiyədən həkim briqadasının dəvət olunmasına münasibət bildirib. Millət vəkilinin sözlərinə görə, müayinə üçün həkim heyətinin xaricdən dəvət edilməsi Azərbaycan səhiyyəsinin aşağı səviyyədə olduğunu iddia etməyə əsas vermir:
“Təbii ki, bu gün Azərbaycan
səhiyyəsi nə türk, nə də alman səhiyyəsi deyil və onlardan geri qalır. Lakin
bu, heç də o demək deyil ki, Azərbaycan səhiyyəsində savadlı mütəxəssislər
yoxdur. Sadəcə, ola bilər ki, H.Əliyevin xəstəliyi üzrə Türkiyədə daha güclü
mütəxəssis olub və bu səbəbdən də onu müayinə etmək üçün həkim heyətini xaricdən
gətiriblər. Ümumiyyətlə, müasir dünyada bu cür praktika mövcuddur. Dəfələrlə
olub ki, ABŞ-a Avropadan və ya əksinə, Avropaya ABŞ-dan mütəxəssislər dəvət
edilib. Baxmayaraq ki, onların hər ikisində səhiyyə kifayət qədər yüksək
inkişaf edib. Odur ki, H.Əliyevin müayinəsi üçün Türkiyədən həkim heyətinin dəvət
edilməsinə normal yanaşmaq lazımdır”x9d.
Seymur Əliyev




































































































