Moderator.az xəbər verir ki, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış pedaqoq-tarixçi Dilavər Əzimli bir qrup jurnalistin milli mətbuatın 140 illiyi münasibəti ilə fəxri adlarla təltif edilməsinə münasibət bildirib:
“İnkişaf
etmiş ölkələrin heç birində "Əməkdar artist", "Xalq
artisti", "Əməkdar jurnalist" və s. adları yoxdur. Bu
ənənə sovetlər dönəmindən
yadigar qalıb. O zaman sovetlər
Qərb dünyasına göstərmək istəyirdi ki, biz xalqın dövlətiyik və xalqla birik,
xalq bizə bu səlahiyyəti veribdir. Amma tarix göstərir ki, xalq heç kəsə səlahiyyət
vermir. Xalqın seçdikləri
insanlar qəlblərdə yaşayır. Onlar nə "Əməkdar artist", nə "Xalq
artisti", nə də "Əməkdar jurnalist" olurlar. Məsələn, siz mənə nümunə göstərin ki, ABŞ-da, Fransada, İngiltərədə,
Almaniyada kiməsə "Əməkdar jurnalist" adı veriblər. Düzü, oralarda cəmiyyət
buna gülər. Görəsən Həsən bəy Zərdabi buna nə deyərdi? Jurnalistikaya müqəddəs
peşə kimi baxmışam.
Qərb jurnalistikasını sevə-sevə oxumuşam və
oxumaqda davam edirəm. Onlardan
çox şey öyrənmişəm. Rusiya jurnalistkası da professionaldır. Çox şey öyrənmişəm.
Bəs bizdə? Bizdə rəhmətlik Nəcəf Nəcəfovu oxuyurdum. Tələbəlik illərində Bahəddin
Həziyevi, Qənimət Zayıdovu, Gündüz Tahirlini, Rauf Mirqədirovu savadlı
jurnalistlər kimi tanıyırdım. Sonralar bu siyaıya bir çoxları, o cümlədən Elçin
Şıxlı, Azər Rəşidoğlu, Hikmət Sabiroğu və digərləri əvəz olundu. Amma daha çox
Rauf Mirqədirovu oxuyurdum. Onunla saatlarla mübahisə edirdim. Dərin təfəkkürü
var. Çox nəhəng jurnalistdir. Allah qapısını açsın! Yuxarıda adlarını çəkdiyim
jurnalistləri səmimi qəlbdən təbrik edirəm. Amma indi Azərbayacn
jurnalistikasını oxumuram. Çünki orada təmsil olunanların və bu gün məşhurlaşdırılanların
çoxu yalnız dedi-qodu yazır. Bu jurnalistika deyildir. Cəmiyyət o zaman tənəzzülə
uğrayır ki, onun yazarları özləri deqrdasiyaya uğrayır. Bu gün bunula üzləşmişik.
Təəssüf!
Əlimə Mir Cəfər
Bağırovla bağlı
sənədlər toplusu keçib. Bütün fəaliyyətini Azərbaycaın milliləşmsəsinə həsr edən
M.Bağırov haqında sonradan bizim yazarlar nələr yazıblar? Bir zaman mən də
onları oxuyub təsirinə düşüb Mir Cəfəri yanlamışam. Amma sənədlər nələri deyir, ilahi! Görün bu yazarlar nə
böyük cinayətə əl atıblar. Amma "Əməkdar yazıçı", "Xalq
yazıçısı", "Əməkdar jurnalist" adını alıblar. Dəhşətdir! Mir Cəfər
haqqında bu cür sənədləri çatdıran dostum Teyyub Qurbana minnətdaram. İndi həmin
yazarlara nə ad vermək olar? Hesab edirəm ki, yalnəz bir ad: Yaltaqlar!
Mənim dostlarım, əzizlərin jurnalistlər! Bu gün ad
aldığınıza görə təbrik edirəm. Amma elə etməyin ki, gələcəkdə mənim kimi
araşdırıcı sizin də fəaliyyətiniz araşdırıb "Yaltaqlar" sözünü işlətməsin.
Çünki biizm müstəqil jurnalistikaya böyük ehtiyacımız var. Qarşıda bizi Azərbaycanın
bütövlüyü gözləyir. Bizə bu bütövlüyü təqdim edə bilən xalq tərəfindən ad ala
biləcək jurnalistlər lazımdır!”x9d
Pərviz Əliyev


































































































