Tapdanan bayraqlara sahib çıxan tapılmadı

Tapdanan bayraqlara sahib çıxan tapılmadı

Hazırda oxunan: Tapdanan bayraqlara sahib çıxan tapılmadı

85723

Virtualaz.org saytı srağagün Bakıda I Avropa Oyunlarının könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunan könüllülərin paradında Azərbaycan bayraqlarının ayaqlar altında tapdanması ilə bağlı informasiya verib və və bir neçə foto paylaşıb. Yazıda əksini tapan fotolarda yerə atılan bayraqların tapadalandığı əks olunur.

Moderator.az olaraq sözügedən saytda yer alan məlum informasiyanı dəqiqləşdirmək, həmin bayraqların dünənki parada məxsusluğunu müəyyənləşdirmək üçün Gənclər və İdman Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Lakin mətbuat xidməti bununla bağlı Azərbaycan Gənclər Fondu ilə əlaqə saxlamağı məsləhət gördü. Maraqlıdır ki, Azərbaycan Gənclər Fondu da məsələ ilə bağlı açıqlama verməkdən imtina etdi.

Bir sözlə, ayaqlar altında qalan bayraqlara sahib çıxan, bu informasiyanı təsdiq və ya təkzib edən tapılmadı.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO