İsrail Livanın cənubunu VURDU

İsrail Livanın cənubunu VURDU

Hazırda oxunan: İsrail Livanın cənubunu VURDU

629516

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda Hizbullah tərəfindən atəşkəsin kobud şəkildə pozulduğunu əsas gətirərək, bölgəyə dəqiq zərbələr endirib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
 

IDF-nin məlumatına görə, zərbələrdən əvvəl Livanın cənubundakı Mansuri kəndinin sakinlərinə təxliyə xəbərdarlığı edilib. Kənd İsrail ordusunun nəzarətində olan təhlükəsizlik bufer zonasında yerləşir.


İsrail hərbçiləri bildiriblər ki, Livan ordusunun müşayiəti ilə mülki şəxslər Mansuri kəndinə daxil olub və hərbçilər burada razılaşmaların şərtlərini pozaraq yol-nəzarət məntəqəsi qurublar.

IDF qeyd edib ki, bölgədə hərbi əməliyyatlar davam etdiyi üçün sakinlərin təhlükəsizliyi məqsədilə kənd boşaldılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO