“Kəsərli addımlar atılıb”x9d- Samir Şərifov

“Kəsərli addımlar atılıb”x9d- Samir Şərifov

Hazırda oxunan: “Kəsərli addımlar atılıb”x9d- Samir Şərifov

85673
"Qlobal iqtisadiyyatda baş verən proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşməyib".

"APA-Economics" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bu gün Nazirlər Kabinetinin 2015-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
xa0
Nazir bildirib ki, baş verənlər Azərbaycanın valyuta daxilolmalarının azalması ilə müşahidə olunub.
xa0
"Bununla yanaşı, regionda siyasi gərginliyin artması, xarici iqtisadi mühitin daha da pisləşməsi, dövlət və özəl sektorların gəlirlərinin azalması, bunun nəticəsi olaraq, sahibkarlığın iqtisadi fəallığının səngiməsi, maliyyə-bank sektorunun dayanıqlığının zəifləməsi kimi ortamüddətli çağırışlar yaranıb. Bütün bunların fonunda, 2015-ci ilin ilk 6 ayında milli iqtisadiyyatımızın nail olduğu makroiqtisadi göstəricilər uğurlu hesab oluna bilər. Belə ki, ötən il ərzində 26,3 milyard manat həcmində ÜDM istehsal olunmuşdur ki, bu da real ifadədə 5,7% artım deməkdir. Qeyri-neft sektoru isə 9%-dən yuxarı artım nümayiş etdirmişdir. Cari ilin fevral ayında manatın devalvasiyaya uğramasına baxmayaraq, ölkədə istehlak qiymətləri indeksləri olduqca qənaətbəxş səviyyədə, yəni 3,5% səviyyəsində saxlanılıb", - deyə S. Şərifov qeyd edib.
xa0
Nazir əlavə edib ki, ölkə başçısının tapşırıqlarına əsasən, ölkə iqtisadiyyatına kənardan olan mənfi təsirləri minimuma endirilməsi istiqamətində atılan kəsərli addımlar nüfuzlu beynəlxalq maliyyə təşkilatları tərəfindən müsbət qiymətləndirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO