Cəmiyyətin, mətbuatın diqqət mərkəzində olmaq hər bir siyasətçinin
ümdə arzusudur, istəyidir. Keçən əsrin 80-ci illərinin sonlarında xalq hərəkatının
təşkilatçıları və liderləri Əbülfəz Elçibəy,
İsa Qəmbər, Etibar Məmmədov, Vurğun Əyyub, Nemət Pənahlı, Sabir Rüstəmxanlı , Pənah
Hüseynov, Əli Kərimli və digərləri nəinki cəmiyyətin, mətbuatın ,hətta KQB-nin
diqqət mərkəzində idi. Bu siyasətçilər
birlik və bərabərlik çərçivəsində XX yüzilliyin sonlarında tariximizin şanlı səhifələrini
yazdılar: Azərbaycan 70 ildən artıq sürən bir əsarətdən xilas oldu, bir
yüzillikdə ikinci dəfə öz azadlığına qovuşdu. Bu tarixi yaradanlar öz fəaliyyətləri
ilə ortaya iş, nəticə qoydular və uzun illər həmişə gündəmdə oldular. Liderlərin
siyasi baxışlarında baş verən qütbləşmə adekvat olaraq yerlərdə də təkrarlandı.
Yollar ayrıldı.Bu qütbləşmə cəmiyyətin əllidən artıq yerə bölünməsinə səbəb oldu. Nəticəsində
qüvvələr getdikcə xırdalandı, xırdalandıqca gücsüzləşdi. Demokratik cəmiyyət
qurmaq, Qarabağı azad etmək, qüzeyli güneyli bütöv bir dövlət qurmaq arzuları
da tarixin arxivinə gömüldü.Nədən belə oldu? Çoxlarımızın verdiyi bu suala
liderlər tərəfindən cavab verilmədi və yaxud da onlarcavab verməyə söz
tapmadılar, problemin kökünü yox, budaqlarını budamağa (kəsməyə) başladılar. 20
ildən artıq ölkədə söz sahibi olanlar birlik üçün yox, ayrılmaq üçün
çalışdılar, söz debatına çıxdılar, əsaslandırılmamış bəhanələr gətirdilər, bir-birilərini
hədəfə alaraq özündən nüfuzlu rəqibini sındırmaq üçün hər cür yollara baş vurdular.İndi də cəmiyyətdə
ilk addımlarını atan Azərbaycan Demokratiya və Rifah Hərəkatı, onun rəhbəri
Qubad İbadoğlu və üzvləri hədəfdədirlər. Müsavat Partiyasının bəzi yetkililəri mətbuatda,
sosial medyada ardı-arası kəsilməyən
müsahibə, monoloq və dialoqlarında öz üslublarına xas təhqir, böhtan, küfür,
yersiz ittihamlar yağdırmaqdadırlar. Divan üzvlərindən biri öz aləmində müxtəlif
rəqəmlərlə Hərəkatın sosial tərkibini təhlil edərək göstərir ki,
Müsavatın elektoratına təsir edə bilməz. Əvvəla, onu demək istərdim ki,
çox uğursuz təhlildir, ikincisi Qubad İbadoğlunu dəstəkləyən 46 faiz hal -
hazırda Hərəkatın üzvləridir, qısa müddət ərzində 38 rayon təşkilatı
formalaşmışdır ki, burada yalnız müsavatçılar deyil, KXCP,ÜMİD,VHP , Ədalət,
YAP partiyalarından və digər təbəqələrdən olan insanlar təmsil olunurlar.
Üçüncüsü, hərəkat hər hansı bir partiyanın o cümlədən də Müsavatın elektoratını
“əlindən almağı “ hədəfləməmişdir. Əgər hər hansı bir partiyabu gün belə bir
problemi yaşayırsa günahı özündə axtarsın. Bir zamanlar Qubad İbadoğlunu “hökümətin adamı”x9d adlandırırdılar, indi də
“Amerikanın adamı”x9ddır deyirlər. Hörmətli əqidədaşlar, nəzərinizə çatdırım ki,
onun iştirak etdiyi proqram Azərbaycan
kimi ölkələrdə demokratiyanın inkişafının, insan haqlarının və azadlıqlarının
qorunmasının təşviqi məqsədini daşıyır. Qubad İbadoğlu bu proqramda Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının
sədri statusunda iştirak edir. 5 aylıq müddəti əhatə edən proqram çərçivəsində o, ABŞ Prezidentinin Ofisində, Konqresdə,
Senatda, Dövlət Departamentində, Federal Hökumətdə, Ali Məhkəmədə görüşlərdə
olacaqdır. Vaşinqtonun tanınmış beyin mərkəzlərində və Universitetlərində,
Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində (CSİS), Yeni Amerika Fondunda
(NAF), Xarici Əlaqələr Şurasında (
Sizi narahat edən nədir,
hörmətli funksionerlər!? Məgər partiyada görüləcək işlər yoxdurmu? Yoxsa,
gündəmdə qalmaq savaşımı aparırsınız? Məncə,
axırıncıdır”¦”¦..
Məlahət Mürşüdlü


































































































