Qarabağ müharibəsi əlillərinin pensiyası artırılsın- Təklif

Qarabağ müharibəsi əlillərinin pensiyası artırılsın- Təklif

Hazırda oxunan: Qarabağ müharibəsi əlillərinin pensiyası artırılsın- Təklif

72682
Millət vəkili Qarabağ müharibəsi əlillərinin pensiyasının artırılmasını təklif edir. 

Moderator.az xəbər verir ki, belə bir təklifi millət vəkili Musa Quliyev bu gün parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı deyib: “Belə ki, bu gün 5 illik iş stajı olan qarabağ əlillərinə kəsilən pensiya təminatı 120 manat, 5 il stajı olmayanlara isə 60 manat  həcmində müavinət verilir ki, bu da həddindən artıq azdır. Onlar hesab edir ki, o zaman biz hərbi xidmətə gedəndə bu stajı necə əldə edə bilərdik.Hesab edirəm ki, bu ədalətsizliyi aradan qaldırmaq üçün  onların pensiya təminatını qaldıraraq heç olmasa minimum pensiya həddinə çatdırmaq olar. Buna isə hökumətin imkanı çatar. Bu insanların sayı elə də çox deyil.”x9d

Millət vəkili eyni zamanda şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələri mənzillə  təmin etmək üçün sosial evlərin tikilməsini təklif etdi: “Sosial evlərin tikilməsi üçün heç də dövlətin vəsaitinə ehtiyac yoxdur. Hökumət iş adamları ilə ucuz evlərin tikilməsi məqsədi ilə  müqavilə imzalasın.Aztəminatlı ailələr bu evlərdə yaşamaqla  ayda  kirayə haqqı kimi dövlətə pul ödəsin və sonda da bu evlər onlara qalsın.”x9d

 M. Quliyev  hərbi qulluqçuların sosial sığortanın tətbiqi məsələsində problemlərin olduğunu dilə gətirərərk bildirdi ki, bu məsələdə ciddi dolaşıqlıq var və bunda müəyyən insanların marağı da var: “Biz bu məsləni araşdırmışıq və qanun icrasında dolaşıqlıqlar var. Elə insanlar da var ki, bu məsələni gündəmdə saxlamaq isəyirlər. Odur ki, ya parlament  və ya hökumət  bu məsələni araşdırıb məsələyə aydınlıq gətirilməlidir.”x9d

 Millət vəkilinin qaldırdığı digər məsələ isə orta tibb kadrlarının hazırlanması ilə bağlı oldu. O bildirdi ki, indiki tibb kolleclərində 2-3 illik təhsillə normal orta tibb kadrı yetişdirmək mümkün deyil: “ona görə də hesab edirəm ki, normal orta təhsilli tibb kadrlarının hazırlanması üçün Tibb kolleclərində təhsilin müddətinin 4 ilə çatdırılması və oranı bitirənlərə bakalavr statusu verilməsini təklif edirəm.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO