“Nə qədər ermənilər buna qarşı çıxsalar...”x9d-  Açıqlama

“Nə qədər ermənilər buna qarşı çıxsalar...”x9d- Açıqlama

Hazırda oxunan: “Nə qədər ermənilər buna qarşı çıxsalar...”x9d- Açıqlama

71912
“Avropa Şurasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yenidən ciddi səylə araşdırılmasına başlanılır”x9d. 

Moderator.az -ın məlumatına görə, bunu APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S.Seyidov qeyd edib ki, AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Volter martın 12-13-də Azərbaycana faktaraşdırıcı səfəri də məhz bu ciddi səylərin əsasında həyata keçirilir: “Nə qədər ermənilər buna qarşı çıxsalar da, əngəlləməyə çalışsalar da Dağlıq Qarabağ münaqişəsi Avropa Şurasında yeni ciddi səylə araşdırılmağa başlanılıb, gündəmə gətirilib”x9d.

S.Seyidov qeyd edib ki, qurum problemi yenidən yerində araşdırmaqda maraqlıdır.

Qeyd edək ki, AŞPA Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Volter martın 12-13-də Azərbaycana faktaraşdırıcı səfər edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO