“Bu fikri ortaya atanlar ya çox içiblər, ya da...”x9d

“Bu fikri ortaya atanlar ya çox içiblər, ya da...”x9d

Hazırda oxunan: “Bu fikri ortaya atanlar ya çox içiblər, ya da...”x9d

63163

Moskva Korneqi Mərkəzinin eksperti, politoloq Aleksey Malaşenko erməni mətbuatına müsahibəsində noyabrın 12-də münaqişə zonasında vəziyyətin kəskinləşməsi və digər mühüm məsələlər barədə maraqlı açıqlama verib. ANS PRSS-in verdiyi məlumata görə, ekspert vurğulayıb ki, mən qətiyyən Ermənistanla Azərbaycan arasında Rusiya hərbi qulluqçularının iştirakı ilə müharibə olacağına inanmıram. Belə olduqda, hamı aydın bilir ki, bu, Rusiya-Türkiyə müharibəsi ilə nəticələnəcək. Ona görə də, bu, inandırıcı görünmür və daha çox danışıqlara üstünlük veriləcək.

Lakin A.Malaşenkonun fikirləri Rusiyada olduğu kimi, Azərbaycanda da birmənalı qarşılanmayıb. Türkiyə faktoru Rusiyanı Ermənistana yardım etməkdən, onun yanından yer almaqdan çəkindirə bilərmi? Doğrudanmı Türkiyə Azərbaycanı müdafiə etmək naminə Rusiya boyda dünya nəhəngi ilə savaşa girəcək cəsarətə malikdir? Bunun üçün Türliyənin yetərincə gücü varmı? Əgər bu ehtimalın reallıqla hər hansı bağlantısı yoxdursa, o zaman özümüzü bu yalana inandırmağın nə mənası var?

Bununla bağlı Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə açıqlama verən beynəlxalq məsələlər üzrə görkəmli şərhçi Mirzə Xəzər bu barədə deyilənləri cəfəngiyyat kimi dəyərləndirdi:

“Bu fikirləri ortaya atıb, ortanı qarışdıranlar ya çox içiblər, ya da qərəzlə insanları çaşdırırlar. Əvvələn qeyd edək ki, Qarabağ savaşının yaxın və hətta uzaq gələcəkdə başlaması ehtimalı sıfıra bərabərdir. Azərbaycan ordusu müharibəyə hazır deyildir. Digər tərəfdən Azərbaycanın neft sərvətlərində payı olan Qərb dövlətləri müharibəyə imkan verməzlər, çünki qoyduqları sərmayənin və neft axınının təhlükəyə düşməsini istəməzlər. Rusiyanən Türkiyə amili üzündən möhtəməl müharibəyə qarışmayacağına dair iddia cəfəngiyyatdır”x9d.

M.Xəzərin qənaətincə, bu gün Türkiyənin özünün vəziyyəti kifayət qədər kritikdir və belə bir məqamda rəsmi Ankaranın yeni bir savaşa qoşulması mümkünsüdür:

 “Türkiyə bu gün üç tərəfdən təhlükə altındadır: daxildə kürd problemi, xaricdən Suriya və İraq böhranı. Bu səbəbdən Türkiyənin Azərbaycanın tərəfində savaşa qoşulması ehtimalına güvənmək üçün çox-çox sadəlövh olmaq lazımdır. Rusiyanın öz müttəfiqi Ermənistanın tərəfində savaşa qoşulmasının Türkiyə-Rusiya müharibəsinə səbəb olacağını söyləyənlər ya sərsəmdir, ya vəziyyətdən bixəbərdir, ya da qərəzkar və fitnəkar insanlardır. Üç tərəfdən təhlükə ilə üzləşən Türkiyənin Rusiya ilə savaşması nağıldır. Türkiyənin Azərbaycanın tərəfində müharibəyə qoşulması nağıldır. Azərbaycan müharibəyə başladığı zaman Rusiyanın Ermənistanın tərəfini tutmaması da nağıldır. Ermənistan Rusiyanın Qafqazda sabit istehkamı və sadiq müttəfiqidir. Ermənistanın Rusiyaya ehtiyacı olduğu qədər Rusiyanın da Ermənistana ehtiyacı vardır. Belə qeyri-ciddi və fitnəkar mülahizələrə ciddi baxmamaq lazımdır”x9d.

 

Seymur Əliyev

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO