Macarıstan və Türkmənistan TDƏŞ-ə üzv ola bilər

Macarıstan və Türkmənistan TDƏŞ-ə üzv ola bilər

Hazırda oxunan: Macarıstan və Türkmənistan TDƏŞ-ə üzv ola bilər

59073

Yaxın zamanlarda Macarstanın və Türkmənistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv olması istiqamətində danışıqlara başlanacaq. Bunu Moderator.az-a açıqlamasında TDƏŞ Baş katibi Ramil Həsənov deyib.

Onun sözlərinə görə, TürkPA-nın Bakıda keçririlən plenar sessiyasında Macarstan parlamenti qurumun toplantılarında iştirak etmək üçün müşahidəçi statusu aldı:

“ Hal-hazırda TDƏŞ-ə üzv ölkə rəhbərlərinin razılığı ilə Macarstan tərəfi ilə danışıqlar aparmaq niyyətindəyik. Çünki macarlar özlərini qədim türklər olan hun əsilli türk olduqlarını bəyan edirlər və türk dünyası ilə əməkdaşlığa can atırlar. Biz də dostluq və sülh evi kimi fəaliyyət göstərən beynəlxalq təşkilat olduğumuzdan heç bir dini, milli irqçiliyə yol vermədən, dost və tərəfdaş olan Macarstanla əməkdaşlıq etmək üçün danışıqlara start verəcəyik. Danışıqların nəticəsi olaraq yaxın zamanlarda Macarstanla TDƏŞ arasında hansısa formada əməkdaşlıq formatı yaranacaq.”
Baş katib Macarstanın TDƏŞ-ə tamhüquqlu üzvün də olmasını istisna etmədi:

“Bu, istisna deyil. Bunun üçün TDƏŞ-in ən ali orqanı olan prezidentlərin ali şurası qərar verməlidir. Biz sadəcə icraçıyıq və qəbul ediləni icra eməklə məşğuluq.”
Türmənistanın quruma üzvlüyünə gəldikdə isə Baş katib bildirdi ki, Türkmənistan prezidenti Qurbanqulu Berdimuxammedov TDƏŞ dövlət başçılarının bu ilin yayında Bodrumda keçirilən Zirvə toplantısında iştirak edib və təşkilatla sıx əməkdaşlıqda maraqlı olduğunu bəyan edib: “Hazırda bu istiqamətdə işlər gedir. Ümid edirik ki, Türkmənistan da yaxın gələcəkdə təşkilata üzv olacaq və aktiv fəaliyyət göstərəcək.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO