Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Moderator.az-a açıqlamasında Rusiyanın Xəzərdə həyata keçirdiyi addımları əzələ nümayişi kimi dəyərləndirdi: “Şübhəsiz ki, Rusiyanın Xəzərə yeni hərbi gəmilər daxil etməsi bu ölkənin əzələ nümayişi kimi qiymətləndirilməlidir. Rusiya Xəzərdə öz hərbi potensialını artırmaq işi ilə çoxdan bəridir ki, məşğuldur. İndiki halda Rusiyanın addımı simvolik xarakter daşıyır. Rusiya Həştərxan görüşü ərəfəsində Xəzərin statusu ilə bağlı digər Xəzəryanı dövlətlərə təzyiq etməyə hazırlaşır. Bu baxımdan Həştərxan görüşünün gündəliyi demək olar ki, hazırdır. Rusiya yəqin ki, Həştərxan görüşündə Xəzərin statusu ilə bağlı yeni təkliflər paketi verəcək”.
Seymur Əliyev






































































































