ADP-dən “Azadlıq”ın yazısına cavab gəldi

ADP-dən “Azadlıq”ın yazısına cavab gəldi

Hazırda oxunan: ADP-dən “Azadlıq”ın yazısına cavab gəldi

52248

Azadlıq.info saytında “Sərdar Cəlaloğlu “Azadlıq” radisoundan “donos” yazacaq” sərlövhəli yazıda ADP və onun sədrinə qarşı ciddi ittihamlar yer alıb. Sözügedən məqalədə S.Cəlaloğlu və rəhbəri olduğu partiyanı anti-müxalifətçilik mövqeyində dayanmaqda ittiham edən yazı müəllifi, ADP sədrini hakimiyyəti tənqid etməməkdə ittiham edib.

Bununla bağlı Moderator.az-a açıqlama verən ADP sədrinin müavini Taliyət Əliyev yazıda yer alan fikirlərin böhtan xarakteri daşıdığını və mövcud həqiqətləri əks etdirmədiyini vurğuladı:

“Təəssüflər olsun ki, dünənə qədər hakimiyyətlə bazarlıqda olanlar, bu bazarlıqda daxili hikkələri və kaprizləri ucbatından daha çox pay almağa cəhd etdikdə isə bazarlığı pozulanlar indi kimin müxalifət olub-olmamasını müəyyən edir. Bu siyasi nadanlığın əlamətidir. Həmin şəxslərin imkanı olsa bu gün də o bazarlığa gedərlər. Bu günə kimi ADP-nin hakimiyyətlə hər hansı bazarlığı olmayıb. Müxalifətçiliyimiz də hamıya bəllidir. Sərdar Cəlaloğlu da bu illər ərzində öz müxalifətçi mövqeyini canı-qanı bahasına qoruyub saxlayan şəxsiyyətdir. Həmin şəxslər bundan sonra ömürlərinin sonuna qədər istər siyasi mübarizədəki xidmətləri, istər ağlı, istər savadı ilə Sərdar Cəlaloğlu səviyyəsinə qalxa bilməyəcəklər, olsa-olsa onlara yalnız o zirvəyə aşağıdan yuxarıya baxmaq qismət olacaq. Əlləri o zirvəyə çatmadığı üçün aşağıdan yuxarıya çamur atacaqlar, amma o çamur da öz başlarına töküləcək”.

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO