“Rusiya Qərbi qorxudacaq qədər güclü deyil”

“Rusiya Qərbi qorxudacaq qədər güclü deyil”

Hazırda oxunan: “Rusiya Qərbi qorxudacaq qədər güclü deyil”
52012
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məşhur analitik Mirzə Xəzər Moderator.az-a açıqlamasında rus politoloqlarının yeni dünya savaşının mümkünlüyü ilə bağlı fikirlərini şərh edib:

“Rusiyalı politoloqlar zarafat edirlər. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar 3-cü dünya müharibəsinə yox, heç lokal müharibəyə də səbəb ola bilməz. Rusiyalı politoloqlarının belə cəfəng fikirləri xaricə yox, daxilə yönəlib. Vladimir Putinin politoloq ordusu Rusiya Federasiyası vətəndaşlarını inandırmağa çalışır ki, Rusiya superdövlətdir və Vladimir Putin 3-cü dünya müharibəsinə başlayacaq qədər cəsur və qüdrətli dövlət başçısıdır. Politoloqlar bu fikri öz vətəndaşlarına sırımaqla, Putinin daxildə reytinqini artırmağa və beləliklə də Moskva hökumətinin Ukrayna siyasətinin geniş kütlə tərəfindən himayə edilməsinə nail olmağa səy göstərirlər. Həqiqət isə ondan ibarətdir ki, Rusiya qlobal yox, regional gücdür. Bu güc yalnız keçmiş SSRİ məkanı ilə məhdudlaşır. Və regional güc olaraq keçmiş SSRİ məkanında, məsələn Ukraynada, cənubi Qafqazda, Orta Asiyada qılınc oynada bilər və bu ölkələrə, o cümlədən Azərbaycana təzyiq göstərməyə qadirdi. Ancaq Rusiya Qərbi qorxudacaq qədər güclü deyildir. Çünki qlobal miqyasda Rusiyanın imkanları məhduddur. Bu gün dünyada yalnız bir superdövlət vardır - ABŞ. Rusiyanın dünyada ikinci superdövlət olmaq arzuları SSRİ-nin süqutu ilə birdəfəlik məzara qoyuldu...”

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO