Ramil Usubov Şimal bölgəsində görüş keçirdi

Ramil Usubov Şimal bölgəsində görüş keçirdi

Hazırda oxunan: Ramil Usubov Şimal bölgəsində görüş keçirdi
48950
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Moderator.az-a daxil olan məlumatda deyilir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri Ramil Usubov iyunun 28-də Quba Rayon Polis Şöbəsində növbəti qəbul keçirmişdir.

Qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan sakinlər iştirak etmişdir.

Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün qəbulda iştirak edən aidiyyatı Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar vermişdir. Polis fəaliyyətinə aid olan müraciətlərin  böyük əksəriyyəti yerindəcə öz həllini  tapmış, digər ərizələrin aidiyyatı dövlət orqanlarına göndəriləcəyi diqqətə çatdırılmışdır. 

         Kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq,  sözügedən rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 33 nəfər də qəbulda iştirak etmişdir.                General-polkovnik Ramil Usubov onların arasından daha yararlı və hazırlıqlı olan gənclərin sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq vermişdir.

                 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO