Anarın qalmasını və getməsini istəyənlər...

Anarın qalmasını və getməsini istəyənlər...

Hazırda oxunan: Anarın qalmasını və getməsini istəyənlər...
47978
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rüstəm Behrudi: “Mən bu qurumun buraxılmasının tərəfindəyəm”

İyunun 17-də Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçiriləcək və hamı maraqla bu quruma növbəti dönəm üçün kimin rəhbərlik edəcəyini gözləyir.

Moderator.az cəmiyyətin bu barədə nə düşündüyünü test etmək üçün bir sıra yazı-pozu adamının mövqeyini öyrənməyi lazım bilib. Onların fikirlərini təqdim edirik:

 Ã–ncə fikirlərini öyrəndiyimiz ünlü şair Rüstəm Behrudinin ümumiyyətlə Yazıçılar Birliyini görməyə gözü heç yoxuymuş. Sualımızı eşidər-eşitməz bildirdi ki, bu qurumu yerli-dibli ləğv etmək lazımdır. Onu israrla dilə tutduq ki, bunun hələlik mümkün olmadığı ortada. O zaman sizdən soruşsalar ki, kimin namizədliyini irəli sürərdiniz, o zaman cavabınızı bilmək maraqlı olardı, cavab verdi ki, Sabir Rüstəmxanlının...

Elşad Paşasoy:”Anarın sədrlik postuna bu qədər bağlı olmasını normal saymıram”

“Öncə xahiş edərdim dəyərli yazıçımız Anar nəhayət, ictimai rəyi nəzərə alaraq öz namizədliyini geri götürsün. Şəxsən mən ömrünün ağsaqqal yaşında ona ünvanına ömürlük sədrliklə bağlı səsləndirilən bunca ittiham və iradları yaraşdırmıram. Gənc nəsil yazıçılarının Anarı inkarçılıq xəttini qəbul etmədiyim kimi, Anarın da sədrlik postuna bu qədər bağlı olmasını normal saymıram. İstərdim ki, qurultayda Anar bəy sədrliklə vida çıxışı yapmaq cəsarəti göstərsin və elə növbəti varisini də özü elan edib dəstək istəsin. Məncə, bu postda onu  əvəzləyəcək dəyərli yazıçılar az deyil, məsələn, Ramiz Rövşən, Seyran Səxavət, yaxud  Sabir Rüstəmxanlı...”

Əhməd Şahidov: “Yazıçılar Birliyi premiya, ev və digər mükafatların verilməsi üçün mövcuddur”

“Məncə, ümumiyyətlə Yazıçılar Birliyi adlanan quruma ehtiyac yoxdur. İnkişaf etmiş Avropa ölkələrinin heç birində belə bir mexanizm yoxdur, sadəcə dərnəklər və cəmiyyətlər mövcuddur ki, ayrı-ayrı şair və yazıçılar həmin dərnəkdə birləşib müzakirələr aparırlar. Yazıçılar Birliyi isə sanki dövlət qurumu kimi fəaliyyət göstərir. Şair və ya yazıçını dövlət idarə elədisə, onda hansı ədəbiyyatdan, müstəqil fikirdən və ümumiyyətlə yaradıcılıqdan söhbət gedə bilər?!

Düşünürəm ki, yazıçı, şair - fikir adamı tam müstəqil olmalıdır, doğru bildiyi ideyanı yaşadıb yaratmalıdır və cəmiyyətə öz töhfəsini verməlidir. O zaman əsl ədəbiyyat meydana gələ bilər. Azərbaycanda Yazıçılar Birliyi əsasən premiya, ev və digər mükafatların verilməsi üçün mövcuddur. Bir sözlə, gərək yazıçı, şair ələ baxan olmasın. Elə bir ömür yaşasın və elə bir əsərlər ortaya qoysun ki, xalq onu sevsin və yaşatsın!”

Əlövsət Əliyev: “Mən o qurumu dərhal ləğv edərdim”

 “Mən o qurumu dərhal ləğv edərdim. Çünki hər bir təşkilat ilk növbədə daha çox məhdudiyyətlər müəyyən edir. Yazıçı isə azad olmasa ondan uğurlu əsər gözləmək olmaz.”

 Heydər Oğuz: “Yazıçılar Birliyi ona rəhbərlik edənlərinözəl mülkiyyətindən qurtulmalı, yazarların öz ixtiyarına verilməlidir”

 Hesab edirəm ki, Yazıçılar Birliyi kimi qurumların dövlət tərəfindən dəstəklənməsi müsbət haldır. "Dünyada belə qurum yoxdursa, bizdə də olmamalıdır" məntiqi yalnışdır. Keçmiş sovet hökumətindən qalan bir sıra qurumlar var ki, onların müasir standartlara uyğun olaraq islah edilərək yaşadılması vacibdir. Yazıçılar Birliyi də belə qurumlardandır. Sadəcə, dövlətin müəyyən maddi yardım edərək yazıçıları yaradıcılığa təşviq etməsi mənfi yöndə istifadə olunmamalıdır. Yazıçılar Birliyi ona rəhbərlik edənlərin özəl mülkiyyətindən qurtulmalı, yazarların öz ixtiyarına verilməlidir.

O ki, qaldı Anarın sədrliyinin davam edib- etməməsi məsələsinə, məncə  Azərbaycan ədəbiyyatına öz imzasıyla töhfə vermiş bu adam artıq yükə çevrilmədən hələ uzun illər əvvəl özü öz xoşluğuyla  xələfini seçsəydi, daha gözəl olardı. Nə yazıq ki, kreslo sevgisi onu bu addımı atmaqdan uzaqlaşdırıb, yazıçılıq nüfuzuna ciddi xələl gətirib. Daha artıq öz nüfuzunu xərcləmədən AYB sədri  nəhayət, ictimaiyyətin böyük səbrsizliklə gözlədiyi bu işi yerinə yetirməlidir.

Birliyin yeni sədrinin Rəşad Məcid olacağı haqqında mətbuata sızdırılan informasiyaların reallaşmasını arzulardım. Baxmayaraq ki, Rəşad Məcidi şəxsən tanımıram, yaradıcılığı barədə də geniş informasiyam yoxdur. Onun sadəcə siqaretə yazdığı bir şeirini oxumuşam və bəyənməmişəm. Buna baxmayaraq daha gənc bir adamın AYB-yə rəhbərlik etməsi gənclərin önünü aça bilər. AYB yenidən qaynayar, durğunluq dövrü yaşayan ədəbi mühitimiz yenidən canlanar. Bu mənada nəinki Rəşad Məcidin, hətta hər hansı yoldan ötənin belə Anarı əvəz etməsini daha effektli hesab edirəm.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO