“Azərbaycanda nazirlərin özü ən böyük korrupsionerlərdir”

“Azərbaycanda nazirlərin özü ən böyük korrupsionerlərdir”

Hazırda oxunan: “Azərbaycanda nazirlərin özü ən böyük korrupsionerlərdir”

45234

Son vaxtlar korrupsiyaya qarşı mübarizə çərçivəsində həyata keçirilən həbslər, o cümlədən Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Şahin Sultanov və daha bir qrup hərbçinin həbs olunması ictimai rəydə fərqli mülahizələrə səbəb olub. Belə ki, insanların bəzisi baş verənləri hökumətin korrupsiyaya qarşı səmimi mübarizə siyasəti kimi qiymətləndirsə də, olayları hakimiyyət daxilindəki hesablaşma kimi dəyərləndirənlər də az deyil.

Moderator.az-a açıqlama verən hüquqşünas Müzəffər Baxışov hakimiyyətin korrupsiyaya qarşı səmimi mübarizəsinə inanmadığını qeyd etdi:

“Mən hakimiyyətin korrupsiyaya qarşı səmimi mübarizə siyasəti apardığına inanmıram. Bu gün ən böyük korrupsionerlərdən biri Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev, Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərovdur. Ən böyük korrupsionerlər sırasına nazirlərimiz də daxildir. Azərbaycanda kimlərin korrupsiya ilə məşğul olduğu hər kəsə məlumdur və bunu kimsəyə sübut etməyə ehtiyac yoxdur. Bu baxımdan mən baş verənləri daha çox qisas kimi dəyərləndirirəm”.

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO