Serj Sarkisyan:

Serj Sarkisyan: "Rusiyanın Azərbaycana silah satmasını yasaqlaya bilmərik"

Hazırda oxunan: Serj Sarkisyan: "Rusiyanın Azərbaycana silah satmasını yasaqlaya bilmərik"

40804

Çexiyada səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan öz həmkarı ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bir sıra mübahisəli məsələlərə aydınlıq gətirib. 


Musavat.com-un erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Sərkisyan “Rusiya Azərbaycanla hərbi əməkdaşlığı genişləndirdiyi halda, Ermənistanı tələm-tələsik Gömrük İttifaqına qoşulmağa nə vadar edib” sualını o, belə cavablandırıb: “Hər bir işi tez və keyfiyyətli görmək lazımdır. Gömrük İttifaqına girmək qərarı vermişiksə, bunu tez eləmək lazımdır, vaxt itirməyə nə lüzum? Əgər qərarımızın əsasında milli mənafe dayanıbsa, onda onu mümkün qədər tez həyata keçirmək gərəkdir. Gömrük İttifaqı hərbi yox, iqtisadi qurumdur. Rusiya-Ermənistan strateji əməkdaşlığını da şübhə altına qoymaq lazım deyil. Bəli, Rusiya Azərbaycanla da əməkdaşlıq edir. Ancaq bu, o demək deyil ki, bizim hüququmuz və imkanımız var ki, Rusiya tərəfinə bu əməkdaşlığı qadağan edək”.

Moderator.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO