Azərbaycanda suyun qiyməti 10 qəpik bahalaşacaq

Azərbaycanda suyun qiyməti 10 qəpik bahalaşacaq

Hazırda oxunan: Azərbaycanda suyun qiyməti 10 qəpik bahalaşacaq

39945
Azərbaycanda  suyun qiyməti artacaq.Moderator.az-ın  Avropa.info-ya istinadən məlumata görə, bundan sonra “Azərsu” ASC-yə suyu Fövqəladə Hallar Nazirliyi satacaq. Artıq bununla bağlı hakimiyətdə razılaşma əldə edillib. Qeyd edək ki, uzun müddət ölkədə  istehlak  edilən  suya  nəzarətin  ələ keçirilməsi istiqamətində hakimiyyətdaxili qruplaşmalar arsında ciddi mübarizə getsə də, sonda FHN digər qruplaşmalara qalib gəldi. Suya nəzarəti ələ keçirən FHN Bakının ən böyük su ehtiyatı  anbarı və göllərindən olan Ceyranbatan gölünü də öz rəhbərlik etdiyi qurumun nəzarətinə keçirib.Əgər əvvəllər “Azərsu” həm istehsalçı, həm də istehlakçı  idisə, bundan sonra ancaq istehlakçı rolunda çıxış edərək, satıcı rolunda çıxış edəcək. Mənbənin dediyinə görə, FHN bundan sonra suyu “Azərsu”ya hər kubunu 6 qəpiyə satacaq. Bu da “Azərsu” ilə FHN arasında ciddi söz-söhbətə səbəb olub. Qeyd edək ki, hazırda “Azərsu” AC əhaliyə suyun hər kubunu 32 qəpiyı satır. 4 qəpik isə digər kommunal istifadələrə görə əlavə edilərək, 36 qəpikdən  əhalidən pul yığılır. Əldə etdiyimiz  məlumata görə, FHN-lə  "Azərsu" arasında yaşanan  narazılıq  suyun qiymətinin artırılması ilə bağlı hökumətin verdiyi razılıqdan sonra aradan qaldırılıb.  Bu razılaşmaya əsasən  "Azərsu"nun   əhaliyə satılan suyun qiymətini  10 qəpik  artıracaq . Beləliklə, Tarif Şurasının yaxın vaxtlarda suyun hər kubunun 42 qəpiyə satılacağı haqda  qərar verəcəyi gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO