Zəlimxan Məmmədlidən antiböhran açıqlaması

Zəlimxan Məmmədlidən antiböhran açıqlaması

Hazırda oxunan: Zəlimxan Məmmədlidən antiböhran açıqlaması

39805

"Borçalı" Cəmiyyətinin sədri Zəimxan Məmmədli də son zamanlar müxalif düşərgədə yaşananlardan təəssüf hissi keçirənlərdəndir. Moderator.az-a açıqlamasında Zəlimxan bəy hikkəylə deyil, sağlam məntiqlə çıxış yolları aranması tövsiyyəsini verdi:

"Zaman-zaman bu fikri təkrarlamaqdan yorulmamışam - Nə qədər ki, siyasi mübarizədə ideologiyalar, konsepsiyalar liderlərin əsarəti altındadır inkişaf, sivil siyasi sistem qura bilməyəcəyik. Liderlərin hikkəsi və özəl maraqlar öndə olacaq, milli maraqlar spekulyasiya mənbəyinə çevriləcək. Mahiyyətcə bu gün o xətanın təzahürləri görünür. Əgər Milli Şura fundamental prinsiplər əsasında yaransaydı bu problemlər yaşanmayacaqdı. Təəssüf ki, bu səbəblər üzündən cəmiyyətimiz zaman-zaman bu məyusluğu yaşamaq zorunda qalır. Təklif etsəm ki,Milli Şura dözümlü olsun, partiyalarda ciddi struktur və siyasi mexanizmlər qurulması istiqamətində islahatlara start verilsin, sağlam dialoqlara gedilsin, CƏMİYYƏTDƏ ETİMAT İDEYASINA dəstək verin və s. - topa tutacaqlar. Çünki meydanı sağlam təfəkkürdən daha çox emosiyalar, hikkələr idarə edir. Təbii ki, burada kənar-III tərəfin də mənfi, öz maraqlarına uyğun təsiri sezilməkdədir. Liderlər bu fürsəti hər zaman pusquda durmuş destruktiv cərəyanlara meydan verməməli idilər. Veriblərsə həm elektoral baza, həm xalq, həm də tarix qarşısında ciddi məsuliyyət daşıyırlar. Allah millətimizə öz taleyini müəyyənləşdirməkdə güc versin."

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO