AMİP funksioneri Müsavat başqanını və “Yeni Müsavat” şefini qılıncladı...

AMİP funksioneri Müsavat başqanını və “Yeni Müsavat” şefini qılıncladı...

Hazırda oxunan: AMİP funksioneri Müsavat başqanını və “Yeni Müsavat” şefini qılıncladı...

39645

AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov son günlər mətbuatın əsas gündəm mövzusunu ”“Müsavatın Milli Şuranı tərk etməsini öz arşını ilə ölçüb və Etibar Məmmədovun adının hallandırılmasına çox kəskin münasibət bildirib:

"Mətbuatdan oxudum ki, Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublu partiyasının Milli Şuradan çıxması barədə qərarından üzülüb. Tofiq bəyin də bu üzüntüsünü "Yeni Müsavat" qəzetinin baş yazarı Rauf Arif oğlu "anlamaq dərdi" ilə qarşılayıb və qəlbinin dərinliklərindən kecənləri qələmə alıb. Etibar Məmmədovun adını da öz ənənəsinə uyğun olaraq çəkib bu yazısında. Lakin görünən o ki, Rauf bəy dərd çəkmirmiş, həm də dərdə düşübmüş. O təkcə Tofiq Yaqublunun deyil, (Allah və hakimiyyət tezliklə onun qapısını açsın) hətta prezident İlham Əliyevin də, Ramiz Mehdiyevin də, Ramil Usubovun da, lap elə nehrəmli Hacı İbrahimin də dərdini çəkməkdədir. Bu qədər yükü görəsən hörmətli baş yazar necə daşıyır? Atalar demişkən, "Allah da dərdi "dərd çəkənə" verər". Sizin də qismətinizə belə yazılıbmış”.

R.Arifoğlunun Müsavat Partiyasının başqani İ.Qəmbəri “ölkədə azsaylı strateqlərdən biri kimi qiymətləndirməsi”nə isə  Əli Orucov bu cür münasibət bildirdi: “ Bu barədə Rauf bəyin fikri ilə razıyam. Doğrudan da Azərbaycan müxalifəti daxilində parçalanma və  gərginlik yaratmaq, müttəfiqlərini yarı yolda qoymaq, imzasından qaçmaq, eləcə də  həmişə korporativ maraqları hər şeydən üstün tutmaq üzrə hörmətli İsa bəy çöx güclü strateqdir. Bunu Rauf bəy deməsə də ölkədə demək olar ki,  hamı bilir. Fürsətdən istifadə edərək onu da bəzi şəxslərin diqqətinə çatdırmaq istərdim ki, bizləri bitib-tükənməyən öz münaqişənizə, “razborkalarınıza” və intriqalarınıza qatmayın. Onsuz da sizlər belə şeylərə öyrəncəlisiniz”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO