Avropanın ən ucuz və bahalı ölkələri – SİYAHI

Avropanın ən ucuz və bahalı ölkələri – SİYAHI

Hazırda oxunan: Avropanın ən ucuz və bahalı ölkələri – SİYAHI
620278
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa İttifaqına üzv olan 27 ölkədə gündəlik tələbat malları və xidmətlərinin qiymətləri arasında ciddi fərqlər mövcuddur.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Statistika Xidməti (Eurostat) 2025-ci il üzrə yeni məlumatlarını açıqlayıb.
 

Məlumata görə, ötən il Avropa İttifaqında həyat səviyyəsinin ən bahalı olduğu ölkə Danimarka olub. Bu ölkədə qiymətlər Aİ üzrə orta göstəricidən 40 faiz yüksək qeydə alınıb. Sonrakı yerlərdə İrlandiya (36 faiz) və Lüksemburq (32 faiz) qərarlaşıb.


Ən ucuz ölkələr sırasında isə Bolqarıstan liderlik edir. Burada istehlak səbətinin dəyəri Aİ üzrə orta göstəricidən 37 faiz aşağıdır. İlk üçlükdə həmçinin Rumıniya (35 faiz aşağı) və Polşa (27 faiz aşağı) yer alıb.

Avropa ev təsərrüfatlarının xərclərində ən böyük paya malik olan mənzil xərcləri İrlandiyada Aİ orta göstəricisini 90 faiz üstələyib. Əksinə, Bolqarıstanda bu göstərici Avropa İttifaqı üzrə orta səviyyədən 59 faiz aşağı olub.

Xərclərin həcminə görə ikinci yerdə qərarlaşan ərzaq məhsulları və alkoqolsuz içkilər kateqoriyasında isə qiymət fərqləri daha az müşahidə edilib.

Bu sahədə ən yüksək qiymətlər Lüksemburqda qeydə alınıb. Burada qiymətlər Aİ üzrə orta göstəricidən 22 faiz yüksək olub. Ən aşağı göstərici isə Rumıniyada müşahidə edilib və orta Avropa səviyyəsindən 20 faiz aşağı qeydə alınıb.
 

Təhsil sahəsində qiymətlər arasında fərq daha kəskin olub. Rumıniyada təhsil xərcləri Aİ üzrə orta göstəricinin yarısından da aşağı olduğu halda, Lüksemburqda bu göstərici orta səviyyəni üç dəfədən çox üstələyib.


Qeyd edək ki, daha əvvəl açıqlanan beynəlxalq reytinqdə İslandiya uzun illərdən sonra İsveçrəni geridə qoyaraq dünyanın ən bahalı ölkəsi elan olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO