Qeyri-etik hərəkətləri ilə məşhurlaşmış "həkim" barəsində yeni ŞİKAYƏT - VİDEO

Qeyri-etik hərəkətləri ilə məşhurlaşmış "həkim" barəsində yeni ŞİKAYƏT - VİDEO

Hazırda oxunan: Qeyri-etik hərəkətləri ilə məşhurlaşmış "həkim" barəsində yeni ŞİKAYƏT - VİDEO

620321

"Dr.Gülü" kimi tanınan Gülbadə Abdullayevadan yenidən şikayət daxil olub.

Bizim.Media "unikal.az"a istinadən xəbər verir ki, pasiyent İnci Həsən qızı Babayeva "Büllur" klinikasında üzgərdirmə əməliyyatından sonra problemlərlə rastlaşdığını bildirib.

Onun sözlərinə görə, Gülbadə Abdullayevanın əməliyyatından sonra üz sinirləri zədələnib, ağrıları güclənib. İ.Babayeva həkimin qəbuluna düşə bilmədiyini deyir. O, əməliyyatdan sonra üz tikişlərinin ümumiyyətlə bağlanmadığını bildirib.

Qeyd edək ki, diplomu və lisenziyası olmayan Gülbadə Abdullayeva "estetik cərrah" kimi fəaliyyətini davam etdirir.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilmişdi ki, Gülbadə Əlqismət qızı Abdullayevanın adı tibb işçilərinin vahid reyestrində mövcud deyil və tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur. "Dr. Gülü" kimi tanınan G.Abdullayeva xəstələrin üzərində qeyri-etik hərəkətləri ilə də tanınır. Dəfələrlə onunla bağlı şikayətlər səsləndirilsə də, hələ ki heç bir hüquqi addım atılmayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO