Yevda Abramov “Sadovod”un soydaşlarına məxsus olduğunu təkzib etmədi...

Yevda Abramov “Sadovod”un soydaşlarına məxsus olduğunu təkzib etmədi...

Hazırda oxunan: Yevda Abramov “Sadovod”un soydaşlarına məxsus olduğunu təkzib etmədi...

35543

Dünən Rusiya paytaxtında daha bir ticarət mərkəzinin yandığı xəbəri Orxan Zeynalov olayından sonra qulağı səsdə olan Azərbaycan mətbuatının gündəmi zəbt elədi. Məsələ burasındadır ki, bir neçə il öncə məhşur “Çerkizov” bazarı bağlandıqdan sonra bu baza Moskvanın ən böyük meyvə-tərəvəz bazası hesab olunurdu və demək olar ki, əsasən azərbaycanlılar orda ticarətlə məşğul idilər.

Rusiya KİV-ləri isə yanğından dərhal sonra xəbər yaydılar ki, “Sadovod” ticarət mərkəzi əslən Azərbaycandan olan yəhudi əsilli iş adamları Zarax Əliyevə və Qod Nisanova məxsus olub.

Moderator.az Rusiya KİV-lərində yayılmış bu xəbəri dəqiqləşdirmək üçün millət vəkili Yevda Abramova müraciət edib. Yəhudi əsilli deputat saytımıza açıqlamasında etiraf edib ki, doğrudan da adı çəkilən soydaşları həmin bazarda müəyyən pay sahibi olub: “Ancaq bütünlükdə bazarın yalnız onlardan ikisinə məxsus olması barədə xəbər yalandı. Onlar sadəcəəyyən pay sahibi olublar və əlavə olaraq həmin bazarda  pay sahibi olan xeyli adam olub.”

Deputatdan mətbuatda bu yanğının təxribat nəticəsində baş verdiyi barədə də həm Rusiya, həm də Azərbaycan mətbuatında yayılan xəbərlərə aydınlıq gətirdi: “Mən bu yanğının təxribatın nəticəsi olduğuna inanmıram. Texniki nasazlıqdan və ya təhlükəsizlik qaydalarına riayət edilmədiyindən baş verməsi də mümkündür. İndiki həssas dönəmdə bu cür fikirləri tirajlamaqla ikitərəfli münasibətlərimizi zərbə altına qoymaq olmaz.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO