Hazırda həbsdə olan Azərbaycanın keçmiş səhiyyə naziri Əli İnsanov yaxın adamları vasitəsilə Milli Şuranın bugünkü iclasına xəbər göndərib.
O, Milli Şura üzvlərinə ünvanladığı mesajında müxalifətin vahid namizədi kimi Rüstəm İbrahimbəyovu dəstəklədiyini bəyan edib. Bu barədə iclasda çıxış edən "El" hərəkatının sədr müavini Köçəri Nağıbəyli məlumat verib.




































































































