- A-
- A
- A+
Gündəm
13:53 / 18.12.2018
2 dəq oxunma
Sabahın hava proqnozu açıqlandı - Yenə XƏBƏRDARLIQ
Hazırda oxunan: Sabahın hava proqnozu açıqlandı - Yenə XƏBƏRDARLIQ
251751
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Moderator.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağıxa0 gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət 85-95 faiz olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-5, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüzxa0 2-4 dərəcəxa0 istixa0 təşkil edəcək.
Xəbərdarlıq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə:
Bakıda və Abşeron yarımadasında dekabrın 20-21-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında dekabrın 20-si axşam, dekabrın 21-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı ehtimalı var.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 20-21-də Abşeron yarımadasında buludlu və rütubətli hava şəraitinin üstünlüyüxa0 gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.





























































































