Erməni gənclər Şuşada Dəyirmi Masa qurur xa0- Biz hələ “Şuşa”dakı masalarda “ley-peydəyik”...

Erməni gənclər Şuşada Dəyirmi Masa qurur xa0- Biz hələ “Şuşa”dakı masalarda “ley-peydəyik”...

Hazırda oxunan: Erməni gənclər Şuşada Dəyirmi Masa qurur xa0- Biz hələ “Şuşa”dakı masalarda “ley-peydəyik”...

250394

Azərbaycanın işğal altındakıxa0 Şuşaxa0 şəhərində faktiki fəaliyyət göstərən “Şuşa Texnologiya Universiteti”ndə erməni tələbə gənclər professor-müəllim kollektivinin iştirakı ilə ali məktəbin problemlərinə həsr olunmuş Dəyirmi Masa keçiriblər.


Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı erməni nəşrləri məlumat yayıb.xa0 Tədbirdə tələbələr universitetdə rastlaşdıqları bir sıra çatışmazılıq və problemlərdən danışaraq tədris prosesinin maksimum müasirləşdirilməsi, nəzəriyyədən çox təcrübəyə üstünlük verilməsini tələb ediblər. Universitetin rəhbərliyi, müəllimləri,xa0 eləcə də separatçı rejiminxa0 tədbirdə iştirak edən nümayəndəsi erməni tələbələrin söylədiklərinin haqlı olduğunu bildirərək problemlərin həlli üçün əllərindən gələni edəcəklərinə söz veriblər. Məsələn, bundan sonraxa0 “Şuşa Texnologiya Universiteti” üçün ayrıca mobil avtomobillər ayrılacaq ki, onlar vasitəsi ilə tələbələr Qarabağın müxtəlif bölgələrindəki xa0tarla, bağ, fermalara və s. gedərək təcrübə keçəcəklər...


P.S. Göründüyü kimi, ermənilər Azərbaycanın Şuşa şəhərində heç bir narahatlıq, qorxu hiss etmədən elm, təhsil problemlərini müzakirə edir, artıq Şuşanı özlərinə doğma şəhər, vətən bilən gənc nəslin tələblərini dinləyir və onların həllinə çalışırlar...


Erməni gənclər Şuşada Dəyirmi Masalar təşkil edir, biz isə hələ də “Şuşa” restoranının masalarında “ley-pey”dəyik. Biz nə qədər ermənilərin Şuşadakı, işğal altındakı gördüyü işləri, yaratdıqları qurumları dırnaq arasına alsaq da, onlar oradaxa0 – bizim qanuni torpaqlarımızda mövcuddur və fəaliyyət göstərir. Və təəssüf ki, bizim eyş-işrət həvəskarı olanlarımız Şuşada olduqları dövrdə İsa bulağına, Cıdır düzünə yeyib-içmək, pul qazanmaq məkanları kimi baxdıqları kimi, bu gün də xa0o məkanların işğal altında olmasına barmaqarası baxaraq və onları əsl mənada dırnaq arasına salaraq “Şuşa”, “Cıdır düzü”, Xarı Bülbül”xa0 adlı restoranlar, şadlıq sarayları qurub onların masalarında xa0“ley-pey”lə günlərini keçirir, aradabir alkoqol “vətənpərvərlik” damarlarını coşduranda xa0“İnşallah, gün o gün olsun, belə dostlarla birgə İsa bulağında, Cıdır düzündə yeyək-içək...” deyirlər...


Sultan Laçınxa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO