
- A-
- A
- A+
Gündəm
16:01 / 15.08.2017
1 dəq oxunma
“Ac futbolçular məşqdə peraşki yeyib, krandan su içirdilər, indi isə...”x9d
Hazırda oxunan: “Ac futbolçular məşqdə peraşki yeyib, krandan su içirdilər, indi isə...”x9d
188264
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu gün Ağdamın “Qarabağ”x9d klubu Azərbaycanda tarixində ilk dəfə olaraq, Çempionlar Liqasının pleyy-off oyununa çıxacaq. Danimarkanın “Kopenhagen”x9d klubu ilə qarşılaşacaq komandamızın iki oyunun nəticəsindən sonra turnirin qrup mərhələsinə vəsiqə qazanmaq şansı var.xa0
Tanınmış futbol mütəxəssisi, bir zamanlar “Qarabağ”x9dın baş məşqçisi olmuş Ağasaəlim Mircavadov Moderator.az-a açıqlamasında komandanın şanslarını dəyərləndirib:
““Qarabağ”x9d heç də indiki forması ilə “Kopenhagen”x9ddən zəif komanda deyil. Həm təcrübəli yerli oyunçularımız, həm də yaxşı legionerlərimiz var. Komandanın formalaşmış oyun üslubu var. Ümid edirəm ki, “Qarabağ”x9d lazımı nəticəni əldə edəcək. Bir iş də var ki, “Qarabağ”x9d əvvəlki illərdə standart vəziyyətlərdən, künc zərbələrindən, ən çoxu ikinci mərtəbədən toplar buraxıb. Bax, bunun qarşısını almaq lazımdı. Çünki, eşitdiyimə görə, onların başla yaxşı oynaya bilən hündür oyunçuları çoxdu. Onlar bu kimi hücumlardan çox istifadə edirlər. Bundan ehtiyatlanmaq lazımdı. Yerdə qalan hallarda, “Qarabağ”x9ddan yaxşı oyun gözləyirəm”x9d.
Qeyd edək ki, 1998-99-cu illər UEFA kuboku çərçivəsində “Qarabağ”x9d bir dəfə də “Kopenhagen”x9dlə qarşılaşıb. İki oyunun nəticəsinə görə, 10:0 hesabı ilə məğlub olan komandamızın o zamankı baş məşqçisi elə müshibimiz Ağasəlim Mircavadov olub. Amma ustad mütəxəssis o vaxtla indiki şəraitin, səviyyənin müqayisəyə gəlmədiyini bildirib. O,xa0
“O vaxt nə çatışırdı ki?!”x9d “Nələr çatışmırdı”x9d demək, çox yüngül olar. “Nələr var idi”x9d demək daha asan olardı. Bircə, Sumqayıtın “İnşaatçı”x9d stadionu, bir də ac-yalavac futbolçular var idi. Vəssəlam, qurtardı, getdi. Futbolçular “peraşki”x9d ilə məşqlərə gedərdilər. 15 gün hazırlaşıb ondan sonra oyun keçirərdik. İndi maşallah, xaricdə bir ay hazırlıq, yüksək səviyyədə yemək, geyim, vitaminlər- hər şey var. O zaman vitamin nədir bilməzdik. Bizim üçün vitamin kranın suyu idi, açırdıq krandan su içərdik. Geyinib-soyunmağa doğru-düzgün “razdivalka”x9d yox idi, oturacaqları sınıq-salxaq. Gün ərzində cəmi iki saat məşq edərdik. O da necə?-Hamımız xa0“20 yanvar”x9d dairəsinə yığışardıq, sonra marşrut avtobusları bizi stadiona aparardı. Bu səbəblərə də diqqət etmək lazımdır”x9d.
Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
































































































