2017-ci il üçün Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 348,4 mln. manat proqnozlaşdırılır.xa0
Bu barədə parlamentdəki büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov deyib.xa0
Nazirin sözlərinə görə, xərclərin 19,9 faizi və ya 69,5 mln. manatı Naxçıvan Muxtar Respublikasının öz gəlirləri, 80,1 faizi və ya 278,9 mln. manatı dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşdırılacaq. Maliyyə naziri bildirib ki, dövlət büdcəsinin xərcləri təqribən 8 faiz azaldığı halda, blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərclərində azalma yalnlız 0,8 faiz təşkil edəcək, bu isə sosial sahələrə təsir etməyəcək.(musavat)



































































































