Son üç ildə ölkənin cənub rayonlarından olan Cəlilabadda ildırım vurması daha çox intensivləşib. Sakinlər belə hadisəylə rastlaşmadıqlarını desələr də, ilk hadisə 2014 ”“ cü il mayın 28 ”“ də baş verib.
Belə ki, rayonun Söyüdlü kənd sakini 1953-cü il təvəllüdlü Abasova Leyxanım Bahəddin qızı kartof sahəsində işləyərkən, qəfildən onu, oğlunu və daha bir sakini ildırım vurub. Hadisə nəticəsində L. Abasova dünyasını dəyişib.
Onun oğlu, 1991-ci il təvəllüdlü Abasov Mürsəl Əhməd oğlu və Lənkəran sakini Əliyeva Lətafət Allahverdi qızı isə həkimlərin səyi nəticəsində sağ qala bilib.
Həmin gün rayonun Uzuntəpə kənd sakini 1991- ci il təvəllüdlü Nəzərov Qara Baloğlan oğlu at belində heyvanları örüş sahəsindən evə gətirəkən onu da ildırım vurmuşdu. İldırım vurması nəticəsində at ölsə də, xoşbəxtlikdən Qara Nəzərov sağ qala bilib.
Bu il iyunun 4 ”“ də rayonun Cəfərxanlı kənd sakini 33 yaşlı Zahid Ədalət oğlu Əhmədovu da ildırım vurub. Hadisə nəticəsində üç uşaq atası dünyasını dəyişib.
İndi ildırım çaxmasına görə narahatlıq keçirən sakinlər, bu hadisələrdən öncə kiminsə ildırım vurması nəticəsində xəsarət alması və ya ölməsi hallarının olmadığını bildirirlər.
Vasif Əlihüseyn



































































































