Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsində üç erməni əsgəri yaralanıb.
Moderator.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin hərbi-tibbi idarəsinin rəisi, polkovnik Kamavor Xaçatryan bildirib.
Onun sözlərinə görə, onlardan birinin vəziyyəti ağırdır.
Qeyd edək ki, Qarabağda bir müddət öncə digər erməni işğalçısı 1996-cı il Ayk Minasyan öldürülüb.





































































































