Con Kerri Azərbaycan və Ermənistan prezidentlərinə niyə zəng edib?

Con Kerri Azərbaycan və Ermənistan prezidentlərinə niyə zəng edib?

Hazırda oxunan: Con Kerri Azərbaycan və Ermənistan prezidentlərinə niyə zəng edib?

133813
ABŞ dövlət katibi Con Kerri bu gün Azərbaycan və Ermənistan prezidentlərinə zəng edib, İlham Əliyev və Serj Sərkisyanla Dağlıq Qarabağ münaqişəsinin həlli vacibliyindən danışıb.

Moderator.az xəbər verir ki, bu barədə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sosial şəbəkədə yazıb. O bildirib ki, Kerrinin telefon zəngi gecikib, rusiyalı rəsmilər az qala Bakı və İrəvanda yatıb qalxırlar, amerikalı rəsmilərin isə indi yadlarına düşüb ki, hərdən Cənubi Qafqazla da maraqlanmaq lazımdır:

“Barak Obama üçün Cənubi Qafqaz ümumiyyətlə aktual deyil. Kerrinin də zənginin yeganə mənası budur ki, sanki ruslara deyir ki, “buralarda bizdə varıq”x9d. Bir azdan Parisdən də zənglərin sayı artacaq. Danışıqlarda nəticə olmasa da, hər halda amerikalı və fransalı rəsmilərin və diplomatların telefon zənglərindən və bölgəyə gələcək səfərlərindən yararlanmaq lazımdır, əsas odur ki, rusların təkbaşına vasitəçilik təşəbbüslarinin qarşısı mümkün qədər əngəllənsin”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO