41 manatlıq turp nə dadır...

41 manatlıq turp nə dadır...

Hazırda oxunan: 41 manatlıq turp nə dadır...

132774
Ad çəksəm reklam olacaq. O üzdən ad çəkməyim. Onsuz da hamı biləcək nəyi və haranı deyirəm. 41 manatlıq turpu deyirəm. Əvvəlcə getdim onu görməyə. Ciddi sözümdür. Getdim görüm nəmənədir, fərqi nədədir, dadı necədir?

Ay insanlar sadəcə turpdur, turp. Dədə babadan yediyimiz turpdan bircə rəngi fərqlidir. Bir balaca sarımtıllığı var. Amma dadı elə köhnə daddır.

Ağlıma gələn bir şey var. Uşaqlıqdan babanın bütün sülaləsini başına yığıb, dartıb- dartıb çıxara bilmədiyi elə bu turpdur bəlkə də. Axı uşaqlıqdan bizi turp çıxara bilməyəcək qədər aciz olmağa alışdırmaq istəyiblər bu nağıllarla. İstəyiblər bir də onu anlayaq ki, onlar icazə verməsələr, siçan gəlməz, siçan da gəlməsə daha qiymətli nemətlər nədir, heç turp da yeyə bilmərik biz. Əlqərəz, belə şeylərə artıq alışmışıq. Əslində biz həmişə belə olmuşuq. xa0Başımıza əni-müsibətlər gəlib. Hər şey əkilib, becərilib başımızda. Biz şumlana-şumlana böyümüşük. İndi sizi bilmirəm mənə qəribə gələn odur ki, bu qədər olaylar görən bizlərə turpun 41 manata satılması niyə çöçün gəlir?.. Yəni niyə təəccüblənib, daralırıq?

Onu deyirdim axı tarixən bizim maşallahımız olub. Şumlanmışıq, şumlanmışıq, cıqqırımız xa0çıxmayıb. xa0Eləcə dözmüşük. Sonra bizi kənd təsərrüfatı qaydalarına görə bekar qoyublar ki, çox istismara məruz qalıb keyfiyyətimizi xa0tamam itirməyək. Onda da qorxmuşuq, şübhələnmişik, düşünmüşük ki, əcəba, görəsən bizi niyə vecinə alan yoxdur, niyə əkib becərmirlər daha?

İndi şükürlər olsun ki, yenə şumlayırlar. Bu dəfənin ötənkilərdən fərqi odur ki, indi şumlayanlar özümüzünkülərdir. Siz turp deyirsiniz orda xa091 manata şap-şup, 200 manata gecə köynəyi, 400 manata şalvar filan da var axı. Hələ dünən gündə 20 qəpik verib işə gəldiyim marşrut avtobusda bir xala da var idi. Həsrətlə həmin turp satılan ticarət mərkəzinə baxıb, yanındakı rəfiqəsinə bir dürtmə də vururdu, dedi ki, ay qız maaşı alaq gələk bura deyirlər əla yerdir. Niyə təkcə turp və o turpu satandır xa0millətin gözünü ağrıdan. Həsrətlə beş-on manatlıq maaşını gözləyib bura gələnə turpu 41 manata satanın gözlərindən öpmək lazımdır. Hələ turp nədir guya siz 80 manata gilas, 70 manata üzüm qurusu, 90 manata alça filan görməmisinizmi satışda?..

Bir də o turpu başlarda əkə-əkə dünyada elə oyunlar oynayıb, işlər görüblər ki, siyasilər, əslində gərək turp bu istismara görə onlardan faiz, şapka, rüşvət filan ala.

Bir də məsələnin başqa tərəfi də var. Dünya brendi sayılan şirkətlərin bir alt paltarlarına 3-4 min manat verib geyinənlər dörd dənəlik, 20 qəpiklik turp dəstəsimi yeməlidirlər? Məzəli-məzəli düşünməyin. Bu dolayısıyla o alt geyiminə də, pul qablarına da xəyanətdir.

Dəyərli, sevgili həmvətənlər bir də bizim başımıza bir az ingilis, bir az rus, bir az amerikalı, hətta qardaşlarından ilham alan serjik də turp əkir zaman-zaman. İndi gəlin hamılıqla insaf edib başımızı verək yerli istehlakçılarımız istifadəsinə. Qoyun bir az da onlar şumlayıb, əkib, turpdan zaddan becərib sizli bizli hamını, elə özlərini də dolandırsınlar. xa0Əsas odur ki, biz başımıza əkilən turpsuz qalmayaq. O üzdən gedin oturun kirimişcə, 20 qəpiklik turpunuzu yeyin, vəssalam”¦

Yazar : Jalə Mütəllimova325 DƏFƏ OXUNUB

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO