Rəqsanə:

Rəqsanə: "Döyüşə getməyə hazıram..." - Video

Hazırda oxunan: Rəqsanə: "Döyüşə getməyə hazıram..." - Video

130190
Müğənni Rəqsanə İsmayılova Şəmistan Əlizamanlının "İgid əsgər, möhkəm dayan!" mahnısını ifa edib.xa0

Moderator.az xəbər verir ki, müğənni jurnalistlərə açıqlamasında bildirib ki, ordumuzun igid əsgərlərinə mənəvi dəstək olmaq üçün onlara mahnı həsr edib: "İgid əsgər, möhkəm dayan!" mahnısını şəhidlərimizin əziz ruhuna ithaf edirəm. Tezliklə bu mahnını Qarabağda səsləndirəcəyim günə çox ümidliyəm. Şəhid olan əsgərlərimizin ruhunun qarşısında baş əyirəm, Allah valideynlərinə səbr versin. Mənim bir ana, vətəndaş kimi ürəyim ağrıyır. 12 can, 12 şəhid vermişik".

Rəqsanə müharibədə iştirak etməyə belə hazır olduğunu açıqlayıb: "Hər birimiz bu millətin övladıyıq, müharibəyə mən də gedərəm. Vətənim uğrunda döyüşüb, canımdan da xa0keçməyə hazıram. Ali baş komandanımızın əmrini gözləyirik".xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO