Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanuna təklif edilən dəyişiklik layihəsinə baxılıb.
Moderator.az-ın məlumatına görə, dəyişiklik layihəsi barədə komitə sədri Eldar İbrahimov məlumat verib. Onun sözlərinə görə, kənd təsərrüfatında əmlakın sığortasının subyektləri arasında daha bir qurum qoşulub:
"Belə ki, sığorta təşkilatlarının fəaliyyətlərinin tənzimlənməsi və onlara nəzarət müəyyən edildiyindən subyektlərin sırasına müvafiq icra hakimiyyəti orqanları ilə yanaşı, Maliyyə Bazalarına Nəzarət Palatası da əlavə edilib".
Komitə sədri bildirdi ki, bu kəndə təsərrüfatında çalışan fermerlərə və insanların fəaliyyətinə stimul verəcək:
“Dəyişiklik genimodiofikasiya olumuşkənd təsərrüfatı məhsulu istehal edən şəxsə şamil edilməyəcək. Bununla bağlı Nazirlər Kabinetinin xüsusi qərarəı var və bu qəarar əsaəsn GMO məhsulun istehsalı ölkə ərazisində qadağan oldnduğundan onların sığortalnması və ona dəyən ziyana görə sığorta ədənişi nəzərdə tutulmur. Beləliklə bu dəyişiklik təmiz ekoliji məhsul istehsalın stimullaşdırılmasına xidmət edir”x9d.
E. İbrahimov onu da əlavə etdi ki, qanunun qəbulundan 14 il keçir və payız sessiyası dövrünədək bu qanunun üzərində yenidən işlənilməsi nəzərdə tutulur.
Komitə sədri bildirib ki, bundan başqa, qanunda yer alan 6-cı maddənin 6.2-ci (hər bir sığorta hadisəsi üzrə sığorta haqqının hesablanması üçün istifadə olunan tarif müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş maksimum sığorta tarifindən çox ola bilməz) və 8.1.2-ci (sığorta tariflərinin maksimum həddini müəyyən etmək) bəndləri də ləğv edilib. Bildirilib ki, sığorta tariflərinin tənzimlənməsi işinin qeyri-dövlət orqanı olan Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilməsi nəzərdə tutulur. Məqsəd sığorta tariflərinin tənzimlənməsi işində sistemliyi və operativliyi təmin etməkdir. Müzakirəlırin yekunu olaraq dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.


































































































