Aqrar Universitetin tələbələri Xocalı harayına yığışdı...

Aqrar Universitetin tələbələri Xocalı harayına yığışdı...

Hazırda oxunan: Aqrar Universitetin tələbələri Xocalı harayına yığışdı...

123582

Hər il olduğu kimi bu dəfə də Azərbaycan Dövlət Aqrar Universitetinin bütün fakültə və ixtisaslarında ilk dərs saatı Xocalıya, bir şəhərin yer üzündən silinməsinin qanla dolu tarixinə həsr edilib. 


Moderator.az-a ADAU-nun mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, universitetin aqronomluq fakültəsinin müəllim və tələbələri tədris korpusunun foyesində Xocalı harayına toplaşıb.

Əvvəlcə universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov XX əsrin amansız, xüsusi qəddarlıqla həyata keçirilən qətliamı olan Xocalı soyqrımı haqqında ətraflı danışıb, Xocalı dəhşətlərinə gedən yolun tarixi köklərinə aydınlıq gətirib. İ. Cəfərov bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri olduğunu bildirib. 

Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov və professor Bəhman Əliyevin çıxışlarında bildirilib ki, ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. 

Tələbələrin hazırladığı “Xocalı qan yaddaşı”x9d adlı tamaşa isə iştirakçılara daha təsirli anlar yaşadıb. Tələbələrin yaddaşına həkk olan faciə dolu tarixin qisasının alınacağına inam ifadə olunub. Bir daha əminlik yaranıb ki, indi daha vətənpərvər gənclik formalaşır, tarixin qan dolu səhifələrini qələbələrlə əvəzləyəcək qüvvələr yetişir. Bu da Azərbaycanın haqq işinin qalib gələcəyinə, faciə qurbanlarının qanının yerdə qalmayacağına, düşmən əsirliyində olan Xocalının azadlığa qovuşacağına güclü stimuldur.

Aqrar Universitetin tələbələri Xocalı harayına yığışdı... Aqrar Universitetin tələbələri Xocalı harayına yığışdı...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO