“Elçibəy haqqında dediklərimə görə hər hansı təzyiqlərin olacağını gözləmirdim”x9d

“Elçibəy haqqında dediklərimə görə hər hansı təzyiqlərin olacağını gözləmirdim”x9d

Hazırda oxunan: “Elçibəy haqqında dediklərimə görə hər hansı təzyiqlərin olacağını gözləmirdim”x9d

111310
Moderator.az xəbər verir ki. Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun modern.az saytına verdiyi müsahibədə mərhum eks-prezident Əbülfəz Elçibəy barədə işlətdiyi “primitiv millətçi”x9d ifadəsi böyük səs-küyə səbəb olub. Hətta Elçibəyin ailə üzvləri də səslənən fikirlərə kəskin etirazlarını bildiriblər.
Sosial şəbəkələrdə isə günlərdir davam edən müzakirələrə hələ son qoyulmayıb...

Günlərdir müzakirə obyektinə çevrilən eks-prezident Ayaz Mütəllibov belə bir reaksiya gözləyirdimi? 

Modern.az saytına yenidən açıqlama verən Ayaz Mütəllibov məsələnin bu şəkildə etirazlarla qarşılanacağını gözləmədiyini deyib. 

“Müsahibə zamanı Elçibəy haqqında dediklərimə görə hər hansı təzyiqlərin olacağını gözləmirdim. Mən Elçibəy haqqında nə demişəm ki?! 

Elçibəy haqqında işlətdiyim “primitiv”x9d sözü heç də onu aşağılamaq məqsədi daşımayıb. Həmin ifadədən istifadə etməyimin anlamı o idi ki, yəni, Elçibəy çox sadəlövh adam idi. Cümlədə işlətdiyim “primitiv”x9d ifadəsi belə başa düşülməliydi. O sözü işlətmək istəmirdim. Təsəvvürümdə sadəlövhlüyünü canlandırıb “primitiv”x9d kimi qələmə verdim.

Elçibəyi təhqir etmək fikim qətiyyən olmayıb. Elçibəy hər zaman sadəlövh olub. Hər kəsə etibar edib”x9d.   

Ayaz Mütəllibov həmin müsahibədən sonra mətbuatda haqqında yazılanlara, ona qarşı səslənən sərt tənqidlərə də münasibət bildirib. 

“Yenə də siyasi mədəniyyətə söykənib bu dərəcədə mənə qarşı əndazəni aşmamalı idilər. Məni Moskvameylli kimi təqdim edirlər. Bəs, onlar nə meyllidirlər?! Belə başa düşürəm ki, indi bunlar haqlı olub, yerdə qalanlar haqsız... Ümumiyyətlə, daha bu mövzuda danışmaq istəmirəm. Çünki danışdıqca, məsələlər bir az da böyüyəcək”x9d. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO