Müxalifət son olaylardan hakimiyyətin ifşası baxımından yararlana bildimi?

Müxalifət son olaylardan hakimiyyətin ifşası baxımından yararlana bildimi?

Hazırda oxunan: Müxalifət son olaylardan hakimiyyətin ifşası baxımından yararlana bildimi?

109829

“MTN işi”x9d və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərinin işdən uzaqlaşdırılması, bu qurumda çalışan bir çox yetkilinin həbsi, bunun ardınca internetin bütün ölkə ərazisində kəsilməsi ilə özünü göstərən rabitə terroru, polis əməkdaşlarının öldürülməsi ilə nəticələnən Nardaran olayları və s. ölkə gündəmini məşğul edən əsas məsələlərdəndir. Hansı ki, ortaya çıxan bu problemlərin arxasında hakimiyyətin yarıtmaz siyasətinin, yanlış kadr təyinatının, cəzasızlıq mühitinin, rüşvət və korrupsiya mexanizminin mövcudluğu kimsəyə sirr deyil.

Maraqlıdır, müxalifət yalnız Azərbaycanmda deyil, dünya mediasnda belə böyük marağa səbəb olan bu olaylardan istifadə edərək hakimiyyətin yarıtmaz siyasətini lazımınca ifşa edə bildimi? İqtirın uğursuzluqları müxalifəti az da olsa cəmiyyətdəki nüfuzunun qalxmasını təmin etdimi?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən ADP sədrinin I müavini Həsrət Rüstəmov təmsil etdiyi partiyann heç zaman fürsətcillik mövqeyindən çıxış etmədiyini vurğuladı:

“ADP-nin bu cür kəskin mövqeyi heç vaxt olmayıb. Bizim partiya hakimiyyətin siaysətinə qarşı mübarizəsində müxtəlif dönəmlərdə müxtəlif taktikalardan istifadə edib. Amma heç vaxt fürsətcillik mövqeyindən çıxış etməyib. Fürsətcillik bir çox hallarda hansısa siyasi partiyaya müəyyən qədər divident qazandırsa da, əksər hallarda dövlət və xalqın əleyhinə müəyyən nəticələrə səbəb olur. Buna görə də bu cür mövqedən çıxış etməyi təhlükəli tendensiya hesab etmişik”x9d.

H.Rüstəmovun sözlərinə görə, bütövlükdə müxalifətin reytinqinin qalxdığını söyləmək olar: “Ümumiyyətlə, müxalifətin reytinqinin yüksəlməsi ilə bağlı müəyyən fikirlər söyləmək olar. Ona görə ki, mövcud hakimiyyətin nüfuzuna zərbə vuran amillərdən biri onun kadr siyasəti, kadrlarının müxtəlif hadisələr zamanı sərgilədiyi səriştəsizlikdir. Bu, hökumətin nüfuzdan düşməsinə səbəb olan məsələrdən sadəcə biridir. Son dövrlər baş verən hadisələr də göstərdi ki, hakimiyyətin kadr siyasəti tamamilə yanlışdır. Bu hadisələr bir daha göstərdi ki, demokratik hakimiyyətin alternativi yoxdur. Hesab edirəm ki, Azərbaycan xalqı baş verənlərə münasibətdə heç də seyrçi deyil. Əksinə, hələlik hadisələrin analizi, dərki gedir. Xalq hökmən bu münasibətlərə öz mövqeyini ortaya qoyacaq”x9d.

xa0

Seymur Əliyev

xa0

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO