Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq – BU GECƏ SAAT 01:00-DAN ETİBARƏN

Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq – BU GECƏ SAAT 01:00-DAN ETİBARƏN

Hazırda oxunan: Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq – BU GECƏ SAAT 01:00-DAN ETİBARƏN

77790

10-12 iyun tarixlərində baş tutacaq 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq, 6 iyun, gecə saat 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Bakı şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Bizim.Media-ya verilən məlumata görə, hərəkət 14 iyun, səhər saatlarından etibarən bərpa olunacaq.

Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsininin keçdiyi ərazidir.

Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək. Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür.

Qeyd edək ki, “Yaşayış Yerinə Giriş İcazəsi”nin paylanması 16 may tarixindən başlayıb və 12 iyunadək davam edəcək.

Hər il olduğu kimi, bu il də 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO