"Rusiya kişilərinin cinsi funksiyasının zəifləməsinin səbəbi ilk növbədə stresdir..."
"Son üç ay ərzində Rusiyada potensiyanı artıran dərman vasitələrinin satışı 43 faiz artıb..."
Ukraynada müharibənin başlanmasından bir il keçəndən, səfərbərlik və repressiyalardan sonra Rusiya kişiləri potensiya ilə bağlı problemlərlə üzləşib.
Moderator.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti "Dürüst işarə" milli sisteminin məlumatlarına istinadən yazıb.
2023-cü ilin ilk üç ayı ərzində ötən ilin həmin dövrü ilə müqayisədə Rusiyada kişi gücünün artırılması üçün dərman vasitələrinin satışı 43 faiz artıb.
Yanvar-mart aylarında rusiyalılar dəyəri 1, 8 milyard rubl (təxminən 37, 5 milyon man. - red.) olan 2, 7 milyon bağlama afrodiziak preparatı alıb.
Bu müddət ərzində alınan belə preparatların miqdarı ötən yazda dərmanlara həddən artıq tələbin və onların satışının rekord göstəricilərini xeyli dərəcədə üstələyib.
Potensiya ilə bağlı problemlərin həlli üçün bu preparatlar Moskva vilayəti, Sankt-Peterburq, Krasnodar diyarı, Maqadan vilayəti və Moskvada daha çox alınır.
Nəşrin söhbət etdiyi tibb işçilərinin sözlərinə görə, Rusiya kişilərinin cinsi funksiyasının zəifləməsinin səbəbi ilk növbədə stresdir. Psixoterapevt Yelena Burdelovanın sözlərinə görə, seksual sahə stresə çox həssasdır.
"Bir tərəfdən, seks stresin öhdəsindən gəlməyin ən yaxşı üsullarından biridir, digər tərəfdən isə həyəcan zamanı seksual funksiya aşağı düşür", - o, deyib.
"Problemin ilkin səbəbi əhali arasında həyəcan səviyyəsinin artmasındadır. Demək olar ki, bizə müraciət edən bütün cütlüklər seksual yaxınlığın azalmasını qeyd edir.
Bir çox insanlar xarici amillər ucbatından stres keçirir, bu da, əlbəttə, seksual həyata təsir edir", - bunu ailə psixoloqu, psixoloji mərkəzin təsisçisi və rəhbəri Sergey Lanq deyib.
O, əlavə edib ki, ereksiya ilə bağlı problem kişilərin "başındadır", lakin rusiyalılar yalnız onun "mexanilki nəticələrini" həll etməyə üstünlük verir, bu səbəbdən də afrodiziakların satışı artır.
Anomal yüksək tələbə rəğmən, Rusiyada potensiya üçün vasitələr qıtlığını gözləməyə dəyməz, bunu "DSM Group" şirkətinin baş direktoru Sergey Şulyak deyib.
Onun sözlərinə görə, əczaxanalarda Rusiyaya daha tədarük edilməyən
"Viaqra" və "Sialis" ehtiyatları hələ tükənməyib.
"Məsələ burasındadır ki, bu preparatlar çoxdandır ki, bazarda lider mövqeyində deyil, onlar bahadır və almaq sərfəli deyil, çoxlu sayda mövcud analoqları isə keyfiyyətinə görə geri qalmır", - Şulyak deyib.
Hazırda "Viaqra"nın satışdakı payı 10, 5 faizdən çox deyil, bazarın yarıdan çoxunu müxtəlif istehsalçilardan olan "Sildenafil" brendi tutur, "DSM Group" şirkətinin məlumatında deyilir.




































































































