Türkiyənin məşhur aktyoru Erdal Küçükkömürcü “Daha 17” serialının heyətinə daxil olub.
Bizim.Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Pastel Film” tərəfindən hazırlanan və “Kanal D”də yayımlanan serialın 15-ci bölümündən etibarən Küçükkömürcü də ekran işində rol alacaq.
Aktyor serialda “Abi” obrazına həyat verəcək. Yeraltı dünyasının sirli siması kimi təqdim olunan obraz Hakan üçün ciddi təhlükə yaradacaq.
Emre Kabakuşak və Murat Aksunun rejissorluğu ilə çəkilən serialın baş rollarında Armağan Oğuz və Ozan Dağgez də yer alır.
Qeyd edək ki, Erdal Küçükkömürcü “Sefirin Kızı” serialında “Səfir Güven Çelebi” obrazını canlandırırdı.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
20:32 / 29.08.2026
Məşhur aktyor “Daha 17” serialına qatıldı
Hazırda oxunan: Məşhur aktyor “Daha 17” serialına qatıldı
Hazırda oxunan: Məşhur aktyor “Daha 17” serialına qatıldı
633716
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































