Şükür Həmidovun qızının toyuna gedə bilmədi - Bahalı hədiyyə göndərdi

Şükür Həmidovun qızının toyuna gedə bilmədi - Bahalı hədiyyə göndərdi

Hazırda oxunan: Şükür Həmidovun qızının toyuna gedə bilmədi - Bahalı hədiyyə göndərdi

633725

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Şükür Həmidovun qızı Əzizənin Bakıda toy mərasimi baş tutmuşdu. Əzizə Nicat adlı bəylə ailə həyatı qurub. Toy mərasimində Azərbaycanın yüksək rütbəli hərbçiləri, generallar, icra başçıları və tanınmış ictimaiyyət nümayəndələri iştirak etmişdi.

Bizim.Media Manset.az-a istinadla bildirir ki, dəvətlilər arasında sabiq müdafiə nazirinin müavini, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev də olub.

Lakin o, mühüm səbəblərə görə toy mərasimində iştirak edə bilməyib.
 

Buna baxmayaraq, Kərəm Mustafayev toy mərasimindən sonra Şükür Həmidovun qızı Əzizəyə dəyərli hədiyyə göndərib. O, Əzizəyə toy hədiyyəsi olaraq iPhone 17 Pro Max göndərib, atasının silahdaşı kimi ona təsirli təbrik məktubu yazıb.


Qeyd edək ki, Kərəm Mustafayev uzun illər Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsində fəaliyyət göstərib. 2024-cü ildə tutduğu vəzifədən azad edilib. K. Mustafayevin Şükür Həmidovla dostluq münasibətləri olub.

Həmin təbriki təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO