Almaniya Taliban nümayəndələrinin ölkəyə girişinə yenidən icazə verdi

Almaniya Taliban nümayəndələrinin ölkəyə girişinə yenidən icazə verdi

Hazırda oxunan: Almaniya Taliban nümayəndələrinin ölkəyə girişinə yenidən icazə verdi

633724

Almaniya hökuməti Əfqanıstana deportasiyaların həyata keçirilməsini asanlaşdırmaq məqsədilə Taliban rejiminin daha bir texniki heyətinin ölkəyə müvəqqəti girişinə icazə verib.

Bizim.Media AZƏRTAC-a istinadla xəbər verir ki, Xarici İşlər Nazirliyi geri qaytarılmalı şəxslər üçün Taliban tərəfindən tanınan sənədlərin hazırlanması məqsədilə ölkəyə texniki dəstək qrupunun göndərildiyini açıqlayıb.

Nazirlik bildirib ki, deportasiyaların sayının artırılması üçün kifayət qədər heyət və müvafiq texniki imkanların yaradılması zəruridir.
 

Almaniyanın Talibanla rəsmi diplomatik əlaqələri yoxdur. Bununla belə, deportasiyaların həyata keçirilməsi üçün daha əvvəl də Talibanın ayrı-ayrı nümayəndələrinin Almaniyadakı Əfqanıstan nümayəndəliklərinə göndərilməsinə icazə verilib.


Hazırkı hökumətin fəaliyyəti dövründə 228 nəfər Əfqanıstana deportasiya edilib. Onların əksəriyyəti cinayət törətmiş şəxslər olub. Sonuncu deportasiya avqustun 25-də 23 nəfərin Leypsiq-Halle hava limanından Əfqanıstana göndərilməsi ilə həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO