Kürdəmirdə avtomobil aşdı, beş nəfər yaralandı - FOTO

Kürdəmirdə avtomobil aşdı, beş nəfər yaralandı - FOTO

Hazırda oxunan: Kürdəmirdə avtomobil aşdı, beş nəfər yaralandı - FOTO

633742

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb.

Bizim.Media  xəbər verir ki, hadisə rayonun Pirli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Toyota" markalı avtomobilin sürücüsü 48 yaşlı Ramil Hüseynov qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan Pirli kənd sakinləri - 37 yaşlı Maxruq Əliyeva ,16 yaşlı Fatimə Əliyeva, 19 yaşlı Afaq Hüseynova, 47 yaşlı Səidə Hüseynova və sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.






Bizim.Media,  Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO