Suriya Əsədin keçmiş məmurlarının ölkədən çıxardığı aktivləri geri qaytarır

Suriya Əsədin keçmiş məmurlarının ölkədən çıxardığı aktivləri geri qaytarır

Hazırda oxunan: Suriya Əsədin keçmiş məmurlarının ölkədən çıxardığı aktivləri geri qaytarır

633714

Suriyanın Mərkəzi Nəzarət və Təftiş Komissiyası devrilmiş sabiq prezident Bəşər Əsədin keçmiş məmurları tərəfindən ölkədən qanunsuz çıxarılmış dövlət aktivlərinin qaytarılması üçün hüquqi mexanizmlərin yaradılması istiqamətində iş aparır.

Bizim.Media "Report"a istinadən xəbər verir ki, bunu qurumun ictimaiyyətlə əlaqələr üzrə direktoru Hişam əl-Xatib bildirib.

Onun sözlərinə görə, Suriyanın iştirak etdiyi Vyanada keçirilən beynəlxalq forum Ərəb Respublikasının oğurlanmış vəsaitlərin qaytarılması üzrə qanuni hüququnun möhkəmləndirilməsinə kömək edib və onların qaytarılması prosesinin başlanması üçün zəruri olan hüquqi prosedurlarla tanış olmağa imkan yaradıb.

Əl-Xatib qeyd edib ki, tədbirdə iştirak Suriya nümayəndə heyətinə oxşar vəziyyətlərlə üzləşmiş dövlətlərin təcrübəsini öyrənmək imkanı verib.

Avstriyaya səfər çərçivəsində Suriya nümayəndə heyəti Liviya, Əlcəzair və Malayziya nümayəndələri ilə görüşlər keçirib, həmçinin Fransa, Britaniya və İspaniyadan - hazırda ərazilərində Suriya xalqına məxsus maliyyə vəsaitlərinin və əmlakın yerləşdiyi ölkələrin nümayəndələri ilə hüquqi alqoritmləri müzakirə edib.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanı bu mexanizmlərin işlənib hazırlanmasında Dəməşqə əhəmiyyətli dəstək göstərir.

Müvafiq vəzifələrin həyata keçirilməsi üçün Mərkəzi Komissiyanın strukturunda artıq aktivlərin qaytarılması üzrə ixtisaslaşmış şöbə formalaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO