
- A-
- A
- A+
Ekskluziv
09:38 / 09.03.2023
2 dəq oxunma
Bu erməni Azərbaycanın tərkibindəxa0“Qarabağın qubernatoru” olmağa razıdır...
Hazırda oxunan: Bu erməni Azərbaycanın tərkibindəxa0“Qarabağın qubernatoru” olmağa razıdır...
608896
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Samvel Babayan Azərbaycanla inteqrasiyaya hazırdır, o, “Qarabağın qubernatorunun özü olacağını” açıq şəkildə bəyan edib.
Moderator.az xəbər verir ki, Ermənistanın tert.am nəşrinin yaydığı məlumata görə, bu fikirləri media eksperti Tiqran Köçəryan “Arkadi Qriqoryanla diqqət mərkəzində” verilişində deyib.

“Arayik Arutyunyan öz bəyanatı ilə overton pəncərəsini açdı. O, Qarabağın müstəqilliyini (dırnaqarası-S.L.) şübhə altına aldı. Onun Azərbaycanla inteqrasiyaya razı ola biləcək hansı qüvvədən danışdığı aydındır. Söhbət 70-80 gün ərzində gözlənilmədən Qarabağda peyda olan Samvel Babayandan gedir. O, ictimai söhbətlərdən birində bəyan edib ki, onun üçün Kaşen(Dəmirli-S.L.) mədəninə Azərbaycan və ya Türkiyə şirkətinin sərmayə qoymasının heç bir əhəmiyyəti yoxdur.
Bu, Arayiki yoldan çıxarmaq üçün İrəvanın diktə etdiyi oyundur. Və Babayan isə açıq şəkildə deyir ki, inteqrasiyaya hazırdır, görünür qubernator statusunda olacaq. Halbuki Qarabağın müstəqilliyinə şübhə edən şəxs həbs edilməli və ya Qarabağdan qovulmalı idi”, - deyə media eksperti bildirib.
Tiqran Köçəryanın sözlərinə görə, dünyada baş verənlərin məqsədi Rusiyanı regiondan çıxarmaqdır və Paşinyan 2018-ci ildə Boltonun təklif etdiyi planı mərhələ-mərhələ həyata keçirir. Bununla belə, Ermənistan cəmiyyəti bu suallara cavab verməlidir: biz Rusiya Federasiyası ilə düşmən olmağa, Ermənistanın ukraynalaşdırılmasına hazırıqmı və Ermənistanda Rusiya sülhməramlılarını və Rusiya hərbçilərini kim əvəz edəcək?..
Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən































































































