"Blokada"dakı hayklar Xocalı ərazisində yeni qəsəbənin tikintisini davam etdirir...-FOTOLAR

Hazırda oxunan: "Blokada"dakı hayklar Xocalı ərazisində yeni qəsəbənin tikintisini davam etdirir...-FOTOLAR

606527

Yalançı "blokada" şəraitinə rəğmən Azərbaycan Respublikasının Xocalı rayonunun Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin məsuliyyət zonasında qalmış və  "Ovsepavan" adlandırılan Dərələyəz kəndində separatçı-terrorçu rejim tərəfindən “44 günlük müharibə nəticəsində köçkün düşmüş  erməni ailələri üçün” qanunsuz olaraq yeni qəsəbənin tikintisi davam etdirilir.

Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə,  tikintisinə 2021-ci ilin fevralından başlanmış qəsəbə 59 fərdi evdən ibarətdir. Onlardan 32-nin tikintisi "Hayastan" ümumerməni fondu, 27-si isə  separatçı rejimin büdcəsi hesabına maliyyələşdirilir

"Mənzillər 3 və 4 otaqdan ibarətdir. Hər birinin 1200 kvadratmetr torpaq sahəsi olacaq. Qəsəbədə müvafiq infrastruktur yaradılacaq, uşaq meydançası tikiləcək, ərazi abadlaşdırılacaq”, -  separatçı rejimin qondarma  "şəhərsalma naziri"nin müavini Aram Qasparyan bildirib.

Onun sözlərinə görə, rayonun tikintisini 2023-cü ilin əvvəlində mərhələli şəkildə başa çatdırmaq planlaşdırılırdı, lakin guya blokada səbəbindən tikinti işləri səngiyib və indi onlar çox kiçik miqyasda həyata keçirilir...

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO