Tramp ABŞ-ın yeni silahı HAQDA: İnstitutda çalışan əmim deyirdi ki…

Tramp ABŞ-ın yeni silahı HAQDA: İnstitutda çalışan əmim deyirdi ki…

Hazırda oxunan: Tramp ABŞ-ın yeni silahı HAQDA: İnstitutda çalışan əmim deyirdi ki…

636529

ABŞ Prezidenti Donald Tramp lazer əsaslı hava hücumundan müdafiə sistemlərinin hazırlanması barədə məlumat verib. Onun sözlərinə görə, bu sistemlər “Patriot” komplekslərindən xeyli ucuz olacaq və “demək olar ki, 100 faiz dəqiqliyə” malikdir.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
 

“Lazer əsaslı hava hücumundan müdafiə sistemlərinin böyük gələcəyi var. Çünki bu, “Patriot” raketlərini buraxmaqdan qat-qat ucuzdur. Hazırda onların belə bir uzaq məsafəsi yoxdur, amma tezliklə bu məsafə də olacaq.


Mənim Massaçusets Texnologiya İnstitutunda (MIT) çalışan əmim lazerlər üzrə böyük mütəxəssis idi, inanın, ya inanmayın. O, illər əvvəl deyirdi ki, lazerlər gələcəkdir və görünür, bu, həqiqətən də belə olur.

Artıq avadanlığa sahib olduğunuz zaman lazer şüasının özü çox ucuz başa gəlir, demək olar ki, heç bir xərc tələb etmir. Bəli, biz buna yaxınlaşırıq.

Lazerlər artıq müəyyən tip raketlərə, eləcə də daha yavaş hərəkət edən bəzi raketlərə qarşı çox yaxşı işləyir. Digər sistemlər nə qədər yaxşı olsa da, onlara böyük məbləğdə pul xərcləmək əvəzinə, lazer daha ucuz başa gəlir, həm də100 faiz dəqiqliyə malikdir”, – deyə Tramp bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO