Şimali Koreya Rusiyaya 50 minə yaxın hərbçi göndərəcək?

Şimali Koreya Rusiyaya 50 minə yaxın hərbçi göndərəcək?

Hazırda oxunan: Şimali Koreya Rusiyaya 50 minə yaxın hərbçi göndərəcək?
636504
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya 50 minə yaxın Şimali Koreya hərbçisini qəbul etməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
 

Xatırladaq ki, ilk dəfə 2024-cü ilin sonunda Rusiyaya gələn və Kursk vilayətində döyüşən 11–14 min KXDR hərbçisindən təxminən 2300-3000 nəfəri həlak olub. Buna baxmayaraq, Şimali Koreya hərbçiləri müasir döyüş şəraitinə (dronlar, artilleriya və yüksək dəqiqlikli silahlara) uyğunlaşaraq real döyüş təcrübəsi qazanırlar.


Rusiya ilə hərbi əməkdaşlıq Şimali Koreyaya təxminən 10 milyard dollar qazanc gətirib ki, bu da ölkənin iqtisadiyyatı üçün nəhəng rəqəmdir.

Bundan əlavə, bu əməkdaşlıq Pхenyana Çindən olan ənənəvi asılılığını azaltmağa kömək edir.

Hər ay böyük canlı qüvvə itkiləri verən Rusiya ordusu şəxsi heyət çatışmazlığını bu yolla kompensasiya etməyə çalışır, Moskva və Pхenyan arasındakı bu tərəfdaşlıq isə qarşılıqlı faydalı xarakter daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO