Hansı ölkədə ev sahibi olmaq daha asandır? - Avropa və postsovet dövlətlərinin MÜQAYİSƏSİ

Hansı ölkədə ev sahibi olmaq daha asandır? - Avropa və postsovet dövlətlərinin MÜQAYİSƏSİ

Hazırda oxunan: Hansı ölkədə ev sahibi olmaq daha asandır? - Avropa və postsovet dövlətlərinin MÜQAYİSƏSİ

636481

Ev sahibi olmaq bir çox insan üçün əsas həyat hədəflərindən biridir. Hər bir kişi öz “qala”sının ağası olmaq üçün illərlə çalışır, ailəsinə rahatlıq, övladlarına miras qoymaq üçün əlindən gələni edir.

Maraqlıdır, dünya ölkələrində də eynilə Azərbaycandakı kimi “kişinin evi olmalıdır” deyə düşünürlərmi? Məsələn, konkret Avropada ev sahibliyi faizi nə qədərdir?
 

MÖVZU İLƏ BAĞLI:

500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA


Ümumiyyətlə “mənim evim mənim qalam” düşüncəsi şərq insanında daha çox özünü bəlli edən qənaətdir. Elə Avropanın da şərqində ev sahibləri qərbinə nisbətən daha çoxdur. Halbuki indiyədək inkişaf etmiş Qərbi Avropada ev ala bilmək üstünlüyünün olduğunu düşünürdük.

Beləliklə, Avropada ən çox ev sahibləri Rumıniyadadır.

2024-cü il üzrə Eurostat-ın məlumatına görə Rumıniya — 94%, Slovakiya — 93%, Macarıstan — 92%, Xorvatiya — 91% ev sahibidir.

Statistikadan belə çıxır ki, inkişaf etmiş qərbi Avropa ölkələri ev məsələsndə inkişafdan qalıb. Qərblilər daha çox kirəkeşdirlər. Qərbi Avropanın əsas ölkələri arasında ev sahibliyi ən yüksək olan İtaliyadır — təxminən 75%. Ondan bir faiz geridə İspaniya gəlir. 3-cüy yer Belçikadadır — 71%.  Niderland — 69%, Fransa — 63%, Almaniya — 47%. Qərbi Avropanın ən çox “evsiz”ləri ən varlı ölkələrindən biri olan İsveçrədədir — 43%.

Oxucuya maraqlı gələcək ki, görəsən postsovet ölkələrində ev sahibliyi hansı vəziyyətdədir və Azərbaycan neçənci yerdədir?

Postsovet məkanında Qazaxıstan mütləq 1-ciliyini qoruyur. Bu ölkədə göstərici 98% - dir. Cəmi 2 % qazaxıstanlının evi yoxdur. İkinci yerdə Rusiya gəlir — 91,6%.  Azərbaycan təxminən 80% səviyyəsində 3-cü yerdədir.

Regonda isə 69 %-lə ev sahibliyinə görə İran Türkiyəni (57%) qabaqlayır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO